13 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

Oktyabr 2, 2025
Siyasət
A A

XXI əsrdə beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimad, strateji əməkdaşlıq və uzunmüddətli tərəfdaşlığa əsaslanan əlaqələrin inkişafı qlobal sabitliyin mühüm dayaqlarından birinə çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında qurulmuş strateji tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də regional və beynəlxalq müstəvidə böyük önəm kəsb edir.

2025-ci il sentyabrın 30-da Bakıda keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanat ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Prezident İlham Əliyevin sözlərinə görə, İtaliya ilə Azərbaycan arasında münasibətlər hər zaman dostluq və etimad prinsiplərinə əsaslanmışdır. Bu münasibətlər təkcə rəsmi sənədlərdə deyil, praktiki əməkdaşlıq layihələrində də özünü büruzə vermişdir. Tərəflər arasında 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi və 2020-ci ildə qəbul olunmuş Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin hüquqi bazasını möhkəmləndirmiş, əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsinə zəmin yaratmışdır. Azərbaycan və İtaliya arasında siyasi münasibətlər qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanır. İtaliya Prezidenti Sercio Mattarella son yeddi ildə ikinci dəfədir Azərbaycana rəsmi səfər edir. Bu fakt bir daha sübut edir ki, Roma-Bakı münasibətləri ardıcıl inkişaf dinamikasına malikdir. Hər iki ölkə dövlət başçılarının müntəzəm görüşləri ikitərəfli əlaqələrin dərinləşməsinə, həmçinin beynəlxalq gündəmdə mühüm məsələlər üzrə mövqelərin uzlaşdırılmasına şərait yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ildə İtaliyada rəsmi səfərdə olmuş, həmin görüşdə Prezident Mattarellanı Azərbaycana dəvət etmişdi. Bu dəvətin reallaşması tərəflər arasında dialoqun davamlı xarakter daşıdığını göstərir. Görüşlərdə müzakirə olunan məsələlərin konkret layihələrə çevrilməsi isə siyasi münasibətlərin yalnız deklarativ deyil, həm də praktik nəticələr verdiyinə sübutdur. Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq münasibətlərin əsas sütunlarından biridir. İtaliya hal-hazırda Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu, hər iki ölkənin iqtisadiyyatının qarşılıqlı şəkildə bir-birini tamamladığını və əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu göstərir.

Neft-qaz ixracı, sənaye müəssisələrinin inşası, yeni layihələrin reallaşdırılması ikitərəfli münasibətlərin strateji əhəmiyyətini daha da gücləndirmişdir. 2020-ci ildən etibarən fəaliyyətə başlamış Trans-Adriatik Qaz Kəməri (TAP) Azərbaycan qazını birbaşa İtaliya ərazisinə və oradan Avropanın digər bölgələrinə çatdırır. Bu layihə yalnız Azərbaycan və İtaliya arasında deyil, bütövlükdə Avropa qitəsində enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev çıxışında haqlı olaraq vurğulamışdır ki, TAP layihəsinin icrası zamanı üzə çıxan çətinliklərin aradan qaldırılmasında Prezident Mattarellanın şəxsi təşəbbüsü və dəstəyi mühüm rol oynamışdır. Bu, tərəflər arasında yüksək etimadın təzahürüdür. Hazırda Azərbaycan qazı 14 ölkəyə ixrac olunur və coğrafi əhatəsinə görə dünya üzrə birinci yerdədir. Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, Azərbaycan qazı isə ikinci yerdə qərarlaşır. Bu göstəricilər İtaliya üçün Azərbaycanın strateji əhəmiyyətini, Azərbaycan üçün isə İtaliyanın etibarlı tərəfdaş olduğunu bir daha sübut edir. Azərbaycan-İtaliya əməkdaşlığı yalnız neft-qaz sahəsi ilə məhdudlaşmır. Prezident İlham Əliyevin bəyanatında xüsusi olaraq vurğulanmışdır ki, hazırda Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə də fəal işləyir. Elektrik xətlərinin çəkilişi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır və yaxın vaxtlarda tamamlanacaq. Bu layihə Cənub Qaz Dəhlizinin uğurunu yaşıl enerji sahəsində yeni istiqamətlərin açılması ilə davam etdirəcək.

Xəzər dənizinin dibi ilə Orta Asiyadan Azərbaycana və buradan Avropaya ötürüləcək elektrik enerjisi gələcəkdə qitələrarası enerji əməkdaşlığını yeni mərhələyə çıxaracaq. Bu, Azərbaycan və İtaliyanın yalnız ənənəvi enerji sahəsində deyil, həm də alternativ enerji, yaşıl texnologiyalar və dayanıqlı inkişaf istiqamətində birgə fəaliyyətini gücləndirəcək. İki ölkə arasında humanitar əməkdaşlıq, xüsusilə təhsil sahəsində əlaqələrin genişləndirilməsi münasibətlərin strateji xarakterini daha da möhkəmləndirir.

Prezidentlərin son görüşündə vurğulandığı kimi, artıq Bakıda İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Bu universitetin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı irəli sürülmüş, 2022-ci ildə ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında əməkdaşlıq sazişləri imzalanmışdır. 2023-cü ildən universitet tələbə qəbuluna başlayıb və hazırda yüzlərlə gənc burada müasir ixtisaslar üzrə təhsil alır. Universitetdə 8 bakalavr və 2 magistr proqramı həyata keçirilir. Təhsil sahələri memarlıqdan kənd təsərrüfatı texnologiyalarına, mühəndislikdən idarəetməyə qədər geniş spektri əhatə edir.

Tədris prosesinə İtaliyanın nüfuzlu universitetləri birbaşa dəstək verir, ikili diplom proqramları həyata keçirilir. Universitetin laboratoriyaları, dizayn studiyaları və innovativ emalatxanaları tələbələrə praktik biliklər qazanmaq imkanı yaradır. Bu layihə təkcə təhsil müəssisəsi deyil, həm də Azərbaycan-İtaliya dostluğunun simvolu, elm və mədəniyyətlərin qovuşma nöqtəsi kimi dəyərləndirilə bilər. Burada yetişən tələbələr gələcəkdə hər iki ölkənin “mədəniyyət elçiləri” rolunu oynayacaq, xalqlar arasında körpülər salacaqlar. Azərbaycan-İtaliya münasibətləri təkcə ikitərəfli müstəvidə deyil, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı kontekstində mühüm əhəmiyyət kəsb edir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərmişdir. Son illər Brüssel-Bakı münasibətlərində müşahidə olunan müsbət dinamika da bu dəstəyin nəticələrindən biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa İttifaqı ilə əməkdaşlıqda enerji, ticarət və humanitar sahələr üzrə müsbət addımlar atılır. İtaliyanın bu prosesdəki rolu Azərbaycanın Avropa ilə inteqrasiyasını sürətləndirən mühüm amillərdəndir.

Prezident İlham Əliyevin və Prezident Sercio Mattarellanın görüşü göstərdi ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər yalnız iqtisadi maraqlara əsaslanmır. Bu münasibətlər dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsiplərinə söykənir. Enerji layihələri, ticarət əlaqələri, humanitar əməkdaşlıq, elm və təhsil sahəsində reallaşan təşəbbüslər bu tərəfdaşlığın çoxşaxəli və dayanıqlı olduğunu təsdiqləyir. Azərbaycan və İtaliya arasında qurulan strateji tərəfdaşlıq, həm regionda, həm də qlobal miqyasda sabitlik və əməkdaşlığa mühüm töhfədir.

Bu tərəfdaşlıq nümunəsi göstərir ki, uzaq coğrafiyalarda yerləşən ölkələr də səmimi münasibət və qarşılıqlı etimad əsasında bir-birinə yaxın ola, ortaq dəyərlər və məqsədlər uğrunda uğurlu əməkdaşlıq qura bilərlər.

Şahin Seyidzadə,
Milli Məclisin deputatı

Əvvəlki Yazı

“Nar”ın rəhbərliyində dəyişiklik olub

Növbəti Yazı

Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

XƏBƏR LENTİ

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
16
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
2
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
2
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
6
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
15
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
33
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

02 İyun 2026 / 11:28
44
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

02 İyun 2026 / 0:34
3
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

01 İyun 2026 / 20:16
15
Qloballaşma dövründə milli kimlik: Multikulturalizm ölkəmizdə siyasi ritorika deyil

Qloballaşma dövründə milli kimlik: Multikulturalizm ölkəmizdə siyasi ritorika deyil

30 May 2026 / 18:07
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.