17 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Dünya bu iki dövlət arasında yenidən bölüşdürülür: Tramp Putinlə hansı məsələdə razılığa gəlmək istəyir? – ŞƏRH

Avqust 15, 2025
Manşet, Siyasət
A A

ABŞ prezidenti Trampla Rusiya prezidenti Putinin Alyaska görüşünə bir saatlar qalır. Bu görüş Ukrayna, Avropa Birliyi və Böyük Britaniyanın iştirakı olmadan keçiriləcək. Buna görə də onların narahatlıqlarını başa düşmək olar. Görüşdə müzakirə olunması gözlənilən əsas məsələ Ukrayna ilə bağlı olacaq. Lakin bu, yeganə məsələ olmayacaq.

Avropa.info xəbər verir ki, bu sözləri sabiq millət vəkili Qulamhüseyn Əlibəyli deyib.

O qeyd edib ki, bu vaxta qədər hər iki prezident telefonla bir neçə dəfə əlaqə saxlayıblar.

“Putin hər telefon danışığından sonra daha da aqressivləşərək Ukraynaya yeni hücumlar təşkil edir, daha çox ərazi işğal etməyə çalışırdı. Həm də xatırlatmaq lazımdır ki, Putin Trampın birbaşa görüş təklifindən inadla imtina edirdi. Lakin ABŞ-ın təzyiqlərindən sonra təklifi qəbul etməyə məcbur oldu. Bunu Ukraynaya təcavüzün yeni mərhələsi ərəfəsində məcburi manevr siyasəti kimi də dəyərləndirmək olar”, – deyə o əlavə edib.

Q.Əlibəyli vurğulayıb ki, görüşdə ilk növbədə Rusiya–Ukrayna müharibəsində atəşkəs barədə razılıq əldə edilməsi güman olunur:

“Bu məsələdə Rusiyanın mövqeyi Ukraynanın maraqları ilə tam ziddiyyət təşkil edir. Ukrayna ilkin şərt olmadan uzunmüddətli atəşkəsə tərəfdardır. Rusiya isə Ukraynanın şərqində işğal etdiyi vilayətlərin öz ərazisi kimi tanınmasını və həmin vilayətlərin işğal olunmamış hissəsindən Ukrayna qoşunlarının çıxarılmasını atəşkəsin ilkin şərti kimi irəli sürür.

ABŞ prezidenti Tramp həm Ukraynanın, həm də Rusiyanın müəyyən ərazilərdən imtina etməsini Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün vacib hesab edir. Bu zaman Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən imtina etməsi, Rusiyanın isə Ukraynanın digər vilayətlərində işğal etdiyi kiçik ərazilərdən imtina etməsi nəzərdə tutulur.

Beləliklə, Tramp işğala məruz qalmış Ukraynanın iştirakı olmadan, Ukraynanın əraziləri itkiləri hesabına işğalçı dövlətlə razılığa gəlmək istəyir. Trampın Ukrayna ilə onun bütün ərazisində təbii sərvətlərin istismarı haqqında müqavilə bağlayaraq, özünün və ABŞ-ın iqtisadi və kommersiya maraqlarını təmin etdiyini nəzərə alsaq, Ukraynanın iştirakı olmadan onun ərazilərinin ABŞ və Rusiya arasında bölüşdürülməsindən söhbət gedir.

Avropa İttifaqının və Böyük Britaniyanın görüşdə iştiraka dəvət olunmaması Rusiya–Ukrayna müharibəsinə dair onların ABŞ-la ciddi fikir ayrılığının olmasını göstərir. Bunu həm də Avropanın ABŞ-ın təsir dairəsində saxlanması kimi də yozmaq olar. Görünür, bunun qarşılığı kimi Rusiya bütövlükdə postsovet məkanını (bəzi istisnalarla– Q.Ə) onun təsir dairəsində saxlanmasını tələb edəcək. Yəni, faktiki olaraq, Potsdam konfransından sonra formalaşmış dünya nizamının dəyişdirilməsi, dünyanın ABŞ və Rusiya arasında yenidən bölüşdürülməsi baş verir.

Təbii ki, belə vəziyyət nə Ukraynanı, nə Avropanı, nə də postsovet dövlətlərini qane edə bilməz. İlk növbədə Ukraynanın Putinin və Trampın şərtləri ilə atəşkəsə razılaşması inandırıcı deyil. Bu isə müharibənin davam etməsi deməkdir. Kollektiv Avropa da bu halda Ukraynanı müdafiə edəcək və ona yardım göstərəcək. Ona görə də, Alyaska görüşündə ciddi irəliləyişlərin əldə olunacağı şübhə altındadır”.

Əvvəlki Yazı

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin işğalına reaksiya verib

Növbəti Yazı

Deputat Razı Nurullayevi hədəf alan “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər

XƏBƏR LENTİ

ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

17 İyul 2026 / 8:08
0
I kurs tələbəsi vəfat etdi

I kurs tələbəsi vəfat etdi

17 İyul 2026 / 7:48
3
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

16 İyul 2026 / 21:16
4
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

16 İyul 2026 / 18:15
51
Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

Deputat: “Problemlərin həlli üçün təklif verməyə, döyüşməyə hazıram”

16 İyul 2026 / 17:43
29
Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

16 İyul 2026 / 17:05
1
Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

16 İyul 2026 / 16:54
6
Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

16 İyul 2026 / 16:49
1
Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
2
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

Lavrov: “Biz Çinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı konstruktiv və balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk”

16 İyul 2026 / 8:48
1
Ceyhun Bayramov Rusiyaya səfərə getdi

Ceyhun Bayramov Rusiyaya səfərə getdi

16 İyul 2026 / 8:43
1
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN: Vurulan gəminin 10 azərbaycanlı heyət üzvü ölkəmizə təxliyə edildi

16 İyul 2026 / 8:26
3
Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

16 İyul 2026 / 7:56
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski Sergey Koretskinin baş nazirliyə namizədliyini irəli sürdü

16 İyul 2026 / 7:35
1
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

15 İyul 2026 / 20:29
24
Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

15 İyul 2026 / 20:07
9
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

15 İyul 2026 / 17:02
4
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Gəncə şəhərində 20 yaşlı oğlan bıçaqlanıb

15 İyul 2026 / 16:55
2
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

15 İyul 2026 / 16:23
1
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

15 İyul 2026 / 16:16
12
Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

15 İyul 2026 / 16:12
2
“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

15 İyul 2026 / 13:50
35
Yeni 100 manatlıq tədavülə buraxılır

Yeni 100 manatlıq tədavülə buraxılır

15 İyul 2026 / 13:24
2
Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

15 İyul 2026 / 12:24
9
Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

15 İyul 2026 / 12:20
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.