18 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə İdman

Azərbaycanlı idmançılar beynəlxalq turnirdən yüksək nəticələrlə qayıtdılar – FOTO

Oktyabr 16, 2024
İdman
A A

2024-cü ilin 11-13 oktyabr tarixlərində Rusiyanın Rostov şəhərində döyüş sənətləri (koşiki karate-do idman növü) üzrə “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnir keçirilib.

Bu barədə Avropa.info-ya Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasından məlumat verilib.

Məlumata görə, adıçəkilən turnirdə Kata və Kumite növləri üzrə yarışlarda federasiyanın baş məşqçisi Nazim Mövsümzadənin rəhbərliyi ilə Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının 3 məşqçi (Nazim Mövsümzadə, Sevinc Mövsümzadə, Kənan İsmayılzadə) və 10 idmançıdan ibarət yığma komandası da iştirak edib və hər zaman olduğu kimi ölkəmizin idman şərəfini layiqincə qoruyaraq qürurverici nailiyyətlərlə vətənə qayıtıblar.

Qeyd etmək istərdik ki, Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) və “Bolmart” supermarketlər şəbəkəsinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin təşkilati dəstəkləri ilə yarışlara qatılaraq uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi baxımdan sağlam ruhda tərbiyə olunmalarını təşviq və təbliğ etdirən bu əhəmiyyətli festival-turnirdə də həmişə olduğu kimi yüksək nəticələr göstərən idmançılarımız son zamanlar mötəbər beynəlxalq yarışlarda əldə olunan böyük uğurların, parlaq nailiyyətlərin heç də təsadüfi olmadığını, federasiyanın yüksələn inkişaf xətti üzrə inamla irəlilədiyini bir daha sübut ediblər.

Kubok yarışlarında 7 iştirakçı dövlət yer alıb. Rusiya, Azərbaycan, Osetiya, Özbəkistan, Qazaxıstan, Belarus və Abxaziyadan olan 500-ə yaxın idmançının da qatıldığı turnirin nəticələrinə əsasən idmançılarımız Kata və Kumite yarışlarında 8 qızıl, 4 gümüş və 3 bürünc medal qazanaraq komanda hesabında 1-ci yerə layiq görülüb.

Kata üzrə nəticələr aşağıdakı kimi olub:

  • Mövsümzadə Xədicə Nazim qızı ( 6-7) yaşlar arasında – 1-ci yer;
  • Salayev Fuad Əlibala oğlu (10-11) yaşlar arasında – 2-ci yer;
  • Babayev Məhəmməd Aydın oğlu (10-11) yaşlar arasında – 3-cü yer;
  • Mövsümzadə Zeynəb Nazim qızı (12-13) yaşlar arasında – 1-ci yer;
  • Fətullayev Ramal Arif oğlu (16-17) yaşlar arasında – 2-ci yer;
  • İsmayılzadə Kənan İsmayıl oğlu ( 18+) böyüklər arasında – 1-ci yer;
  • Mövsümzadə Sevinc Nazim qızı (18+) böyüklər arasında – 1-ci yer;
  • Mövsümzadə Nazim Gülağa oğlu veteranlar arasında – 1-ci yer.

Kumite üzrə nəticələr isə belədir:

  • Mövsümzadə Xədicə Nazim qızı (6-7) yaşlar arasında (-25kq) çəki dərəcəsində – 1-ci yer;
  • Babayev Məhəmməd Aydın oğlu (10-11) yaşlar arasında (-30kq) çəki dərəcəsində – 2-ci yer;
  • Mövsümzadə Zeynəb Nazim qızı (12-13) yaşlar arasında (-45kq) çəki dərəcəsində – 3-cü yer;
  • Balayev Xənifə-Amil Ramil oğlu (12-13) yaşlar arasında (+55kq) çəki dərəcəsində – 3-cü yer;
  • Məmmədov Teymur Rövşən oğlu (12-13) yaşlar arasında (-45kq) çəki dərəcəsində – 1-ci yer;
  • İsmayılzadə Kənan İsmayıl oğlu (18+) böyüklər arasında (-65kq) çəki dərəcəsində – 2-ci yer;
  • Əliyev Vüsal Akif oğlu (18+) böyüklər arasında (+85kq) çəki dərəcəsində – 1-ci yer.

Dövlətlərimiz arasında idman sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı üçün komandamızın bu kimi turnirlərdə iştirakı çox vacibdir və idmançılarımızın beynəlxalq miqyaslı gələcək yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.

“İdmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da idmançılarımız qalib ölkəmizin idman şərəfini hər zaman layiqincə qoruyaraq yüksək nailiyyətlər əldə etmək üçün böyük əzmlə çalışacaqlar. Bu arada əlbəttə idmançılarımızın yarışlara lazımi səviyyədə hazırlığında Azərbaycan Koşıki Karate-do Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadənin, federasiyanın prezidenti Rafael Bunyatovun, birinci vitse-prezident Yuri Mustafayevin, vitse-prezidentlər Vəliyulla Bunyatov və Ənvər Həzərxanovun, habelə yığmanın baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə düşər.

Bundan əlavə, federasiya rəhbərliyi adından bu cür mötəbər yarışlarda iştirak üçün bizə daim köməklik göstərən, diqqət və qayğılarını bizdən əsirgəməyən Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbova və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin prezidenti cənab Ülvi Quliyevə öz təşəkkürümüzü və ehtiramımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin digər sahələrlə yanaşı idman sahəsinə də misilsiz diqqət və qayğısı onu göstərir ki, ölkəmizdə bütün idman növləri bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız mötəbər beynəlxalq yarışlarda davamlı olaraq böyük müvəffəqiyyətlər, inamlı nailiyyətlər qazanacaqlar”, – deyə məlumatda qeyd edilir.

Əvvəlki Yazı

Kənd qadınlarının bayram günü: Uğura doğru addım-addım – FOTOLAR

Növbəti Yazı

Dövlət büdcəsi niyə kəskin artırıldı? – Nazirlik səbəbi açıqladı

XƏBƏR LENTİ

İsrailin Suriyaya hücumlarına Türkiyədən sərt reaksiya

İsrailin Suriyaya hücumlarına Türkiyədən sərt reaksiya

18 Avqust 2026 / 19:50
6
Tramp: İranla davam edən və ya planlaşdırılan danışıqlar yoxdur

Tramp: İranla davam edən və ya planlaşdırılan danışıqlar yoxdur

18 Avqust 2026 / 18:26
9
Azərbaycan CNN-i MƏHKƏMƏYƏ VERDİ: Təxribata cavab

Azərbaycan CNN-i MƏHKƏMƏYƏ VERDİ: Təxribata cavab

18 Avqust 2026 / 17:59
7
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” kimi göstərən şəkil paylaşıb

Tramp Hörmüz boğazını “ABŞ ərazisi” kimi göstərən şəkil paylaşıb

18 Avqust 2026 / 16:15
3
Azərbaycan XİN Rusiyanın Bakıdakı səfirini nazirliyə çağırıb

Azərbaycan XİN Rusiyanın Bakıdakı səfirini nazirliyə çağırıb

18 Avqust 2026 / 16:08
19
Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

18 Avqust 2026 / 15:57
25
Binəqədi rayonunda baş verən yanğın söndürüldü – Video – Yenilənib

Binəqədi rayonunda baş verən yanğın söndürüldü – Video – Yenilənib

18 Avqust 2026 / 15:40
5
Qəzzalı körpələr nəfəs almaq üçün lazım olan oksigendən belə məhrumdurlar

Qəzzalı körpələr nəfəs almaq üçün lazım olan oksigendən belə məhrumdurlar

18 Avqust 2026 / 14:11
17
“Sevgi evi”-nin sahibi Könül Qasımova yenidən həbs olundu

“Sevgi evi”-nin sahibi Könül Qasımova yenidən həbs olundu

18 Avqust 2026 / 14:05
8
Anar Bayramov Baş həkimi işdən azad etdi

Anar Bayramov Baş həkimi işdən azad etdi

18 Avqust 2026 / 13:58
18
Məhkəmə Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsinə qərar verib

Məhkəmə Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsinə qərar verib

18 Avqust 2026 / 13:05
20
Usta Universitetdə təmir işləri görərkən qəfil öldü

Usta Universitetdə təmir işləri görərkən qəfil öldü

18 Avqust 2026 / 12:58
4
Məhəmməd Əsədullazadə: “İran Rusiyanın “xaricdəki rusdillilər” təzyiq modelini təkrar edir”

Məhəmməd Əsədullazadə: “İran Rusiyanın “xaricdəki rusdillilər” təzyiq modelini təkrar edir”

18 Avqust 2026 / 11:24
56
Moskvaya çox  sayda dronla hücum olub – Video

Moskvaya çox  sayda dronla hücum olub – Video

18 Avqust 2026 / 10:36
7
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

UKMTO: Hörmüz boğazında gəmi vurulub, ekipaj üzvləri arasında itkilər bar

18 Avqust 2026 / 10:31
8
Filippində orta məktəbə atışma nəticəsində 4 nəfər ölüb

Filippində orta məktəbə atışma nəticəsində 4 nəfər ölüb

18 Avqust 2026 / 10:28
6
Ceyhun Yusifov: Rusiya Azərbaycanda “TOP ƏTİ” axtarır! – “Verbovka” təhlükəsi

Ceyhun Yusifov: Rusiya Azərbaycanda “TOP ƏTİ” axtarır! – “Verbovka” təhlükəsi

18 Avqust 2026 / 10:15
71
Tula vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 22 pilotsuz uçan aparat vurulub

Gecə saatlarında 150-dən çox PUA-nın vurulduğu Moskva vilayətindən ilk görüntülər ortaya çıxıb

18 Avqust 2026 / 10:02
7
Elbrus dağından 14 turist təxliyə edilib

Elbrus dağından 14 turist təxliyə edilib

18 Avqust 2026 / 9:47
4
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Slyusar: Rostov vilayətində bir gecədə Ukrayna Silahlı Qüvvələrinin 80-dən çox pilotsuz təyyarəsi məhv edilib

18 Avqust 2026 / 9:30
6
Miroşnik: Bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində üçü uşaq olmaqla 69 nəfər ölüb

Miroşnik: Bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində üçü uşaq olmaqla 69 nəfər ölüb

18 Avqust 2026 / 9:25
18
Konstantinov: “Avropanın Rusiya Federasiyasına qarşı sanksiyaları ödəməyə və Kiyevə kömək etməyə pulu yoxdur”

Konstantinov: “Avropanın Rusiya Federasiyasına qarşı sanksiyaları ödəməyə və Kiyevə kömək etməyə pulu yoxdur”

18 Avqust 2026 / 9:12
9
Tovuzda su kanalında iki meyit aşkarlandı – Fotolar

Tovuzda su kanalında iki meyit aşkarlandı – Fotolar

18 Avqust 2026 / 8:47
7
Bu gün Həcc ziyarətinə qeydiyyat üçün son gündür

Bu gün Həcc ziyarətinə qeydiyyat üçün son gündür

18 Avqust 2026 / 8:18
7
Cristiano Ronaldo təqaüdə çıxır?

Cristiano Ronaldo təqaüdə çıxır?

18 Avqust 2026 / 8:12
9
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 min 438-ə yüksəlib

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 min 438-ə yüksəlib

18 Avqust 2026 / 8:08
9
Atlantik:”Rusiya və Çin Tayvana və Avropaya eyni vaxtda müdaxiləyə başlaya bilər”

Atlantik:”Rusiya və Çin Tayvana və Avropaya eyni vaxtda müdaxiləyə başlaya bilər”

18 Avqust 2026 / 8:02
19
Xətai rayonunda üç nəfər bıçaqlanıb

Xətai rayonunda üç nəfər bıçaqlanıb

18 Avqust 2026 / 7:50
9
20 il ərzində evləndiyi yaşlı kişiləri öldürməkdə təqsirli bilinib

20 il ərzində evləndiyi yaşlı kişiləri öldürməkdə təqsirli bilinib

18 Avqust 2026 / 7:43
6
ABŞ Ukraynaya bəzi komponentləri olmayan “Bradley” zirehli maşınlarını göndərəcək

ABŞ Ukraynaya bəzi komponentləri olmayan “Bradley” zirehli maşınlarını göndərəcək

18 Avqust 2026 / 7:32
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.