15 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Yusif Pezeşkian ölkəsində Azərbaycana qarşı səsləndirilən bir sıra ittihamları tənqid edib

Avqust 6, 2025
Siyasət
A A

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkəsində Azərbaycana qarşı səsləndirilən bir sıra ittihamları tənqid edib.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı İranın “NasrNews” portalı yayıb.
Onun sözlərinə görə, hər bir fəaliyyətin nəticəsi olur və bəzən bu addımların nəticələrindən qaçmaq mümkün olmur.
Y.Pezeşkian vurğulayıb ki, hər hansı fikri irəli sürməzdən əvvəl sözlərin nəticələri barədə düşünmək, onları qiymətləndirmək və nəticələrini qəbul etmək lazımdır: “Bəziləri mütəmadi olaraq “Azərbaycan müharibədə İsrailə yardım edirdi” ifadəsini işlədir. Bu cür iddia irəli sürməzdən əvvəl bu açıqlamaları təsdiq edən sənəd və sübutları araşdırmaq lazımdır. Kəşfiyyat və təhlükəsizlik xidməti bu barədə məlumat veribmi? Azərbaycanda yaşayan iranlılardan hər hansı məlumat təqdim edilibmi? Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? Təhlükəsizlik orqanları bunu təsdiq etməyiblər. Növbəti mərhələdə bu açıqlamanın ölkəmizə nə gətirəcəyini aydınlaşdırmaq lazımdır. Azərbaycanla münasibətlərimizin gərgin olmasını istəyirikmi?”
İran liderinin oğlu Azərbaycanla münasibətlərdə üç fəaliyyət variantının olduğunu diqqətə çatdırıb: “Birincisi, Azərbaycanla müharibə aparmaq və yaxud Azərbaycanı bizimlə müharibəyə təhrik etmək, ikincisi, iki ölkə arasında münasibətləri “nə müharibə, nə sülh” vəziyyətində saxlamaq, üçüncüsü, fikir ayrılığına baxmayaraq, qonşu olmaq və birlikdə işləmək”.
O vurğulayıb ki, birinci variant İran rəhbərliyinin və ölkənin maraqlarına uyğun gəlmir: “İkinci variantı dəstəkləyən şəxslər əslində hesab edirlər ki, biz Azərbaycanla qeyri-dost münasibətlərə sahibik, lakin biz hərbi münaqişəyə daxil olmayacağıq. Bu variant da bizim maraqlarımıza tamamilə uyğun deyil. Niyə? Çünki kiminləsə düşmən olduqda onun sizə qarşı hansısa addım atacağını gözləməlisiniz. Müharibə yalnız hərbi əməliyyat deyil. Ölkələr beynəlxalq platformalarda sizə qarşı səs verir və müəyyən mövqe tuturlar. Onlar, həmçinin sizə iqtisadi zərərlər də vura bilər”.
Üçüncü varianta gəldikdə isə Y.Pezeşkian qeyd edib ki, fikir ayrılığı və zidd maraqlara baxmayaraq, ölkələr bir-birinə fayda verəcək və əməkdaşlıq edəcək ümumi məsələlər tapa bilər: “Biz iqtisadiyyat, ticarət və hətta təhlükəsizlik məsələlərində bir-birimizə yardım edə və fikir ayrılığını həll etmək, yaxud da minimuma endirmək üçün çalışa bilərik”
Əvvəlki Yazı

ABŞ-ın beyin mərkəzinin Türkiyə ilə bağlı məqaləsi: Türkiyənin yüksəliş zamanıdır

Növbəti Yazı

“Bakı və İrəvan bununla bağlı xəbərin vaxtından əvvəl yayımlanmasında maraqlı olmayıb”-Elxan Şahinoglu

XƏBƏR LENTİ

Vyetnamda turistləri daşıyan avtobus yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var

Vyetnamda turistləri daşıyan avtobus yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var

15 Avqust 2026 / 12:42
7
Ukraynanın şimal-şərqində partlayış baş verib və hava hücumu barədə xəbərdarlıq edilib

Bir gecədə Rusiyanın 18 regionunda 598 PUA məhv edilib

15 Avqust 2026 / 9:54
1
İranın xarici işlər naziri Əraqçi: Biz hələ ABŞ-la danışıqlarla bağlı qərar qəbul etməmişik

İranın xarici işlər naziri Əraqçi: Biz hələ ABŞ-la danışıqlarla bağlı qərar qəbul etməmişik

15 Avqust 2026 / 9:37
4
Kiyev Trampa Donetsk haqqında sənəd təqdim edib

Kiyev Trampa Donetsk haqqında sənəd təqdim edib

15 Avqust 2026 / 9:31
10
İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib

İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 / 9:26
8
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxa bilər

İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxa bilər

15 Avqust 2026 / 9:21
13
Kolumbiyada mədəndə partlayış nəticəsində 6 ölüb

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 ölüb

15 Avqust 2026 / 9:13
7
Tula vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 22 pilotsuz uçan aparat vurulub

Tula vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 22 pilotsuz uçan aparat vurulub

15 Avqust 2026 / 9:08
9

Ukrayna Rusiyanın 17 bölgəsinə zərbələr endirib: Hərbi zavod və aerodrom dağıdıldı

15 Avqust 2026 / 8:46
14
Ukraynanın şimal-şərqində partlayış baş verib və hava hücumu barədə xəbərdarlıq edilib

Ukraynanın şimal-şərqində partlayış baş verib və hava hücumu barədə xəbərdarlıq edilib

14 Avqust 2026 / 19:12
5
Qazaxıstanın bir neçə bölgəsində elektrik enerjisi kəsilib

Qazaxıstanın bir neçə bölgəsində elektrik enerjisi kəsilib

14 Avqust 2026 / 17:27
12
Çin Rusiya prezidentinin mübahisəli bölgəyə səfiri ilə bağlı bəyanat verdi

Çin Rusiya prezidentinin mübahisəli bölgəyə səfiri ilə bağlı bəyanat verdi

14 Avqust 2026 / 17:18
3
Bərdə rayonunda şəhid qardaşının meyiti tapıldı – FOTO

Bərdə rayonunda şəhid qardaşının meyiti tapıldı – FOTO

14 Avqust 2026 / 17:11
8
Saxlanılan 100 Litva yük maşınının sahibləri onları Belarusda tərk ediblər

Saxlanılan 100 Litva yük maşınının sahibləri onları Belarusda tərk ediblər

14 Avqust 2026 / 16:09
13
Ukrayna Konstitusiya Məhkəməsinin məmuru 3 yaşlı qızı ilə porno film çəkib

Ukrayna Konstitusiya Məhkəməsinin məmuru 3 yaşlı qızı ilə porno film çəkib

14 Avqust 2026 / 15:57
7
Fransanın 50 əyalətində meşə yanğını təhlükəsi səbəbindən narıncı həyəcan elan edilib

Fransanın Landes əyalətində baş verən meşə yanğınında 1100 hektar ərazi külə dönüb

14 Avqust 2026 / 14:10
10
Prezident İlham Əliyev Fərman imzaladi

Prezident İlham Əliyev Fərman imzaladi

14 Avqust 2026 / 14:03
23
Rusiyanın Bryanski şəhəri raket hücumuna məruz qalib-ölən və yaralılar var-Video

Rusiyanın Bryanski şəhəri raket hücumuna məruz qalib-ölən və yaralılar var-Video

14 Avqust 2026 / 13:57
21
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

İranın Zəngəzur təhdidləri: hədəf Ermənistan, ya Azərbaycan və Türk dünyasıdır?-Vüqar Dadaşov yazir

14 Avqust 2026 / 13:48
69
Putin təsdiqlədi:Əcnəbilər bu hallarda Rusiyadan çıxarılacaqlar

Rusiya NATO-nun müdafiə imkanları ilə bağlı narahatlıqları gücləndirib.

14 Avqust 2026 / 11:54
17
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:”SEPAH İranın siyasi qərarvermə mexanizmini ələ keçirir”

14 Avqust 2026 / 10:39
56
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 553 Ukrayna pilotsuz təyyarəsini məhv edib

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 553 Ukrayna pilotsuz təyyarəsini məhv edib

14 Avqust 2026 / 10:07
14
Hindistanda su elektrik stansiyasında tunelin çökməsi nəticəsində 7 nəfər ölüb,bir nəfər itkin düşüb

Hindistanda su elektrik stansiyasında tunelin çökməsi nəticəsində 7 nəfər ölüb,bir nəfər itkin düşüb

14 Avqust 2026 / 9:54
18
Antalyada meşə yanğını nəzarət altına alınıb

Antalyada meşə yanğını nəzarət altına alınıb

14 Avqust 2026 / 9:31
14
Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

Lavrov:”Rusiya gəmilərini saxlamaqda məqsədləri budur”

14 Avqust 2026 / 9:26
10
Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürəcək

14 Avqust 2026 / 9:14
22
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

14 Avqust 2026 / 9:10
120
Zelenski yeni sülh planını ABŞ-a təhvil verib

Politico: Zelenski ABŞ-a yeni səfir tapa bilmir

14 Avqust 2026 / 9:04
3
Oleq Soskin:”Hər şey məhv olacaq Kiyev rejimi cinayətkar olaraq uzaqgörən elan edildi”

Oleq Soskin:”Hər şey məhv olacaq Kiyev rejimi cinayətkar olaraq uzaqgörən elan edildi”

14 Avqust 2026 / 8:58
9
Zaqalatada ağır yol-nəqliyyat hadisəsi-Xəsarət alanlar var

Zaqalatada ağır yol-nəqliyyat hadisəsi-Xəsarət alanlar var

14 Avqust 2026 / 8:42
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.