Siyasət

İvestorlar Trampın Rusiyaya qarşı sərt ikinci dərəcəli sanksiyalar tətbiq etmək hədələrinə inanmırlar

17 İyul 2025, 08:5539
Reklam728x90
Reklam320x100

Beynəlxalq investorlar ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sərt ikinci dərəcəli sanksiyalar tətbiq etmək hədələrinə inanmırlar

Avropa.info xəbər verir ki, bu barədə Britaniyanın “Ekonomist” jurnalında yayımlayan məqalədə deyilir.

Nəşrin yazdığına görə, nəzəri cəhətdən Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər ki, bu da Moskvanın neft ixracından əldə etdiyi gəlirin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olacaq.

Bununla belə, jurnalın əlavə etdiyi kimi, həqiqətən də ciddi məhdudiyyətlər qlobal bazarlarda əmtəə qiymətlərinin artmasına səbəb ola bilər ki, bu da ABŞ-ın özündə “inflyasiya şokuna”gətirib çıxarar.

Qeyd edilir ki, Ağ Evin Çinlə genişmiqyaslı ticarət müharibəsinə girmək istəmədiyini və Hindistanla davam edən danışıqları nəzərə alsaq, Trampın sanksiyalarla bağlı hədələrini inandırıcı hesab etmək olmaz.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600