15 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Sovet planında Zəngəzur: Geosiyasi hesablar və tarixi nəticələr

İyul 14, 2025
Araşdırma
A A

1920-ci ilin aprelində Sovet ordusu tərəfindən Azərbaycan Cümhuriyyətinin varlığına son qoyulması Azərbaycanın Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrində yeni şərait yaratdı. Bu şərait Azərbaycanın ərazilərinin ermənilər tərəfindən işğalı təhlükəsi yaratmışdı. Azərbaycan İK 1920-ci il aprelin 29-da Qarabağ və Zəngəzurda yaranmış vəziyyəti müzakirə edərək Ermənistan hökumətindən dərhal öz qoşunlarını Qarabağdan və Zəngəzurdan çıxarmağı, öz sərhədlərinə çəkilməyi və millətlərarası qırğına son qoymağı tələb etdi. Ermənistanın daşnak hökuməti bu tələbləri yerinə yetirməkdən imtina edərək Qarabağ və Zəngəzur ərazilərinin Ermənistan ərazisi olduğunu iddia etmişdi. Azərbaycan Sovet hökuməti Qarabağda və Zəngəzurda hüquqlarını təyin etmək üçün müəyyən addımlar atmış, 1920-ci il mayın 12-də bu rayonlarda fövqəladə komissar  vəzifəsi təsis edilmişdi. Lakin faktik olaraq Azərbaycan Zəngəzurun qərb hissəsinə nəzarəti tam itirmişdi. Qərbi Zəngəzurda Ermənistan ordusunun sayı beş mindən artıq nizami dəstələri var idi. Həmin ərəfədə Ermənistan ordusu Noraşen, Şahtaxtı kimi strateji məntəqələr də daxil olmaqla Şərur-Dərələyəz qəzasının böyük hissəsini işğal etmiş, müsəlman əhalini öz yerlərindən qovub çıxarmışdılar. Azərbaycanı işğal etmiş XI Qızıl ordu hissələri də ilk vaxtlarda bu rayonları nəzarətə ala bilməmişdilər.

Lenin hökuməti Azərbaycanı ələ keçirdikdən, Bakı neftinə sahib olduqdan sonra Cənubi Qafqazda aktiv hərbi əməliyyatlara ara verib daxili problemlərini həll etmək fikrində idi. Ona görə də bolşeviklər ilk vaxtlar Ermənistan və Gürcüstanla hələlik siyasi-diplomatik münasibətləri saxlamağı üstün tuturdular. Moskva sovet Azərbaycanının ərazi bütövlüyü məsələsində qəti mövqe tutmayaraq, digər Qafqaz respublikaları ilə qarşılıqlı münasibətlərdə manevr üçün onların iddia etdikləri Azərbaycan bölgələrini mübahisəli elan etmişdilər ki, bu bölgələr arasında Zəngəzur qəzası da var idi. Sovet Rusiyasında bu xəttin əsas tərəfdarı Xalq Xarici İşlər komissarı G.Çiçerin idi. Çiçerinin Cənubi Qafqazla bağlı mövqeyi sırf antitürk, ermənifil səciyyə daşıyrıdı və o, öz yazışmalarında bunu heç gizlətmirdi. O, Azərbaycanın Qarabağ və Zəngəzura dair iddialarını qəbul etmir və yazırdı ki, biz Ermənistanla işlərimizi səhmana salmalıyıq və Türkiyə bizə qarşı çevrildiyi təqdirdə, hətta, daşnak Ermənistanı belə, türk hücumuna qarşı bizim ön istehkamımız olacaq. N.Nərimanov başda olmaqla Azərbaycan sovet hökuməti ilk günlərdən Zəngəzurun və Azərbaycanın digər ərazilərinin mübahisəli ərazilər kimi tanınmasının Qafqazda inqilab işinə ziyan vuracağını, Zəngəzurun Azərbaycanla daha sıx iqtisadi əlaqələrə malik olması faktından çıxış edir, Zəngəzurun Ermənistana veriləcəyi təqdirdə Azərbaycanın çətin vəziyyətə düşəcəyini uyarırdılar. N.Nərimanov V.Leninə məktublarında Çiçerini Azərbaycana qarşı siyasət aparmaqda ittiham edirdi. İlk vaxtlar Azərbaycan rəhbərliyi Çiçerinin bu mövqeyinə qarşı etiraz etməkdə özündə cəsarət tapırdı. Lakin proseslərin sonrakı gedişi Azərbaycan bolşeviklərinin Zəngəzur, Qarabağ və Naxçıvanla bağlı bu prinsipial mövqeyindən tədricən uzaqlaşdıqlarını göstərdi.

1920-ci ilin yayında beynəlxalq və regional geosiyasətdə ciddi dəyişikliklər baş verməyə başladı. Antantanın avqustun 10-da Osmanlı imperiyası ilə bağladığı Sevr müqaviləsi, qərb dairələrinin Ermənistanı öz himayəsinə almaq cəhdləri, türk qoşunlarının daşnaklarla müharibədə qazandığı uğurlar Sovet Rusiyasını ciddi narahat edirdi. Bolşeviklər üçün Ermənistanın bu müharibədə məğlubiyyəti Türkiyənin Azərbaycanla birləşməsi artıq an məsələsi idi. Bunu nəzərə alan Sovet Rusiyası Ermənistanı öz tərəfinə çəkmək məqsədilə 1920-ci il avqustun 10-da daşnak hökuməti ilə tələsik saziş bağladı. Müqaviləyə görə Sovet Rusiyası Ermənistanın müstəqilliyini tanıyır, tərəflər arasında hərbi əməliyyatlar dayandırılır, sazişlə müəyyən olunmuş Ermənistan qoşunlarının yerləşdiyi zolaqlar istisna olmaqla, mübahisəli ərazilər sayılan Qarabağ, Zəngəzur və Naxçıvan Sovet Rusiyası qoşunları tərəfindən tutulurdu. Həmin müqaviləyə əsasən Qarabağ, Zəngəzur və Naxçıvan Ermənistanla Azərbaycan arasında mübahisəli ərazilər elan edilir, hər iki respublika arasında müqavilə bağlanana qədər bu ərazilər XI Qırmızı ordu hissələrinin nəzarəti altında qalırdı. Bu saziş Azərbaycanın iştirakı olmadan onun ərazilərinin güzəştə gedilməsi istiqamətində bolşeviklərin ilk addımlarından biri oldu.

1920-ci il oktyabrın əvvəllərində Njdenin başçılığı ilə Zəngəzurun qərbində Sovet hakimiyyətinə qarşı qiyam baş verdi. 1920-ci il noyabrın 11-də qiyamçılarla sovet qoşunlar arasında baş vermiş döyüşdən sonra Qərbi Zəngəzur tamamilə Njdenin qoşunlarının nəzarəti altına keçdi.

10 avqust sazişi Ermənistan Respublikasının türklər qoşunlarının qarşısını almaqda heç bir faydası olmadı. Türk qoşunlarının uğurları qarşısında Ermənistanın labüd məğlubiyyətinin qarşısını almaq üçün Sovet Rusiyası yeganə yolun Ermənistanın sovetləşdirilməsində gördülər. Yalnız bu yolla İ.Stalinin obrazlı sözü ilə, “Azərbaycanla Türkiyə arasına pərçim olmaq” mümkün idi. Türklərin hərbi uğurları hətta Zəngəzur məsələsində Azərbaycanin mövqeyini müdafiə edən G.Orconikidzenin öz mövqeyindən çəkilməsinə səbəb oldu. O türk qoşunlarının Bakını tuta biləcəyindən narahat olaraq bunun qarşısının alınmasına yeganə amilin Zəngəzurun Ermənistana verilməsində görürdü. Noyabrın 22-də Ermənistan KP MK üzvləri və N.Nəri­man­ovun iştirakı ilə keçirilmiş müşavirədə Q.Orconikidze dərhal Azərbaycanla Türkiyənin arasına girməyin zəruri olduğunu bildirdi. Onun bu mövqeyini İ.Stalin və V.Lenin müdafiə etmiş və beləliklə, Zəngəzurun taleyi həll olunmuş və onun Türkiyə ilə Azərbaycan arasında bir zolaq olması üçün Ermənistana verilməsi haqqında prinsipial razılığa gəlinmişdi. Beləliklə türk qoşunlarının Azərbaycana doğru irəliləməsi və Bakıya yaxınlaşmaq təhlükəsi (əlbəttə, Naxçıvandan və Zəngəzurdan keçməklə) bolşevik liderlər arasında Zəngəzurun mənsubluğu məsələsində fikir ayrılıqlarına son qoydu və Zəngəzurun Azərbaycandan qoparılması fikri üstünlük qazanaraq reallığa çevrildi.

1920-ci il noyabrın 29-da Ermənistanda sovet rejimi bərqərar olduqdan sonra ərazi məsələləri ilə bağlı bolşeviklərin Sovet Azərbaycanı rəhbərliyinə təzyiqləri daha da gücləndi. AK(b)P MK-nin siyasi və təşkilat bürolarının noyabrın 30-da keçirilmiş birgə iclasında Zəngəzurun Ermənistana keçməsi haqqında qərar qəbul olundu. Qəbul edilmiş qərarlarla bağlı bəyanatın səsləndirilməsi N.Nərimanova həvalə olundu. Dekabrın 1-də N.Nərimanov Bakı Sovetinin təntənəli iclasında çıxış edərək 30 noyabrda qəbul edilmiş qərarları rəsmən elan etdi. Bununla da Zəngəzurun Azərbaycandan qoparılması de-fakto baş verdi. Lakin nə AK(b)P MK-nin Zəngəzur məsələsi ilə bağlı qəbul etdiyi qərar, nə N.Nərimanovun səsləndirdiyi bəyanat rəsmi dövlət strukturlarının qərarları deyildi və deməli, legitim sayıla bilməz. Nə qədər təəccüblü olsa da, indiyə qədər Azərbaycan SSR tərəfindən Zəngəzurun Ermənistana verilməsi haqqında heç bir rəsmi sənəd yoxdur.

Dekabrın 2-də Sovet Rusiyası ilə Sovet Ermənistanı arasında bağlanmış razılaşmanın 3-cü bəndinə əsasən Rusiya Sovet Hökuməti İrəvan quberniyasını, Qars vilayətinin bir hissəsini, Zəngəzur qəzasını, Qazax qəzasının bir hissəsini, və Tiflis quberniyasının 1920-ci il oktyabrın 23-dək Ermənistanın ixtiyarında olan hissələrini şəksiz olaraq Ermənistan SSR ərazisinə daxil olduğunu tanıyırdı. Bununla da Azərbaycan əzəli torpaqları olan ərazilərini o cümlədən Zəngəzuru özünün iştirakı olmadan, iki başqa dövlət arasında bağlanmış müqavilə ilə rəsmən itirirdi. Maraqlıdır ki, Zəngəzurun Ermənistana verilməsi ilə bağlı bütün sənədlərdə söhbət bütün Zəngəzur qəzasının ərazisindən getsə də, faktik olaraq yalnız qəzanın qərb mahalları Ermənistana verildi.

Sovet hökumətinin əli ilə Zəngəzuru ələ keçirdikdən sonra Ermənistan Naxçıvanı da işğal etməyə cəhdlər göstərsə də, yeni Türkiyənin siyasi-hərbi rəhbərliyinin və Naxçıvan əhalisinin inadlı müqaviməti sayəsində öz məqsədinə nail ola bilmədi. Lakin Zəngəzurun əldən getməsi ilə Naxçıvan ərazicə Azərbaycandan ayrı salındı və o eksklav əraziyə çevrildi.

Kamran İsmayılov,
tarix elmləri doktoru, dosent

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” adlı layihəsi çərçivəsində çap olunur.

Əvvəlki Yazı

Türkiyə ilə Oman arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb

Növbəti Yazı

ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

XƏBƏR LENTİ

“Sınıq Körpü” gömrük postunda ölkədən qaçırılan külli miqdarda xarici valyutanın qarşısı alınıb

“Sınıq Körpü” gömrük postunda ölkədən qaçırılan külli miqdarda xarici valyutanın qarşısı alınıb

14 İyul 2025 / 20:07
112
İsrail Suriya tanklarina zərbələr ednirdi

İsrail Suriya tanklarina zərbələr ednirdi

14 İyul 2025 / 19:46
20
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Prezident Tramp Rusiyaya 50 gün vaxt verdi

14 İyul 2025 / 19:39
19
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Akademik Musiqili Teatr 115-ci mövsümünə yekun vurdu

14 İyul 2025 / 18:52
41
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

14 İyul 2025 / 18:49
41
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14 İyul 2025 / 18:43
32
Əsası miladdan öncə qoyulan ilk şəhərin unikal xüsusiyyətləri

Əsası miladdan öncə qoyulan ilk şəhərin unikal xüsusiyyətləri

14 İyul 2025 / 18:25
15
ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

14 İyul 2025 / 18:24
34
Ələt – Culfa dəmir yolunun tikintisində Azərbaycan Cümhuriyyəti hökumətinin fəaliyyəti

Sovet planında Zəngəzur: Geosiyasi hesablar və tarixi nəticələr

14 İyul 2025 / 18:20
37
Türkiyə ilə Oman arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb

Türkiyə ilə Oman arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb

14 İyul 2025 / 17:17
21
ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

14 İyul 2025 / 17:12
18
Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

14 İyul 2025 / 16:52
53
İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik

İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik

14 İyul 2025 / 16:11
24
31 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

31 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

14 İyul 2025 / 16:04
55
Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

14 İyul 2025 / 12:59
46
Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallahda su quyularına hücum edib

Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallahda su quyularına hücum edib

14 İyul 2025 / 11:48
28
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Kiyevə gəlib

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Kiyevə gəlib

14 İyul 2025 / 11:43
28
Ukraynada Polkovniki Azərbaycan vətəndaşlarınin qətlə yetirdiyi iddia edilir?

Ukraynada Polkovniki Azərbaycan vətəndaşlarınin qətlə yetirdiyi iddia edilir?

14 İyul 2025 / 10:14
34
Sabahdan Deputatlar məzuniyyətə cixarilir

Sabahdan Deputatlar məzuniyyətə cixarilir

14 İyul 2025 / 10:01
43
İsrail ordusunun Qəzzada soyqırım törətməsi nəticəsində daha üç jurnalist həlak olub

 İsrail ordusu Qəzzada daha bir jurnalisti öldürüb

14 İyul 2025 / 9:57
26
Deputatlar sonuncu iclasa toplaşırlar – 13 məsələ var

Deputatlar sonuncu iclasa toplaşırlar – 13 məsələ var

14 İyul 2025 / 9:52
39
4 qadın sərxoş olub “Prius”u dərəyə aşırdılar

Bakıda ağır yol-nəqliyyat hadisəsi, 1ölü, 5 yarali

14 İyul 2025 / 9:46
33
Mahmud Abbas: Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsidir

Mahmud Abbas: Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsidir

14 İyul 2025 / 9:32
42
TDX:”Darknet” tipli internet resursunu yaradan Nihad Hacıyev həbs edildi

TDX:”Darknet” tipli internet resursunu yaradan Nihad Hacıyev həbs edildi

14 İyul 2025 / 9:26
47
Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salinib -Fotolar

Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salinib -Fotolar

14 İyul 2025 / 9:04
51
İstanbulda 15 iyul şəhidlərinin və qazilərinin ailələrinin şərəfinə şam yeməyi

İstanbulda 15 iyul şəhidlərinin və qazilərinin ailələrinin şərəfinə şam yeməyi

14 İyul 2025 / 8:52
46
İranın xarici işlər naziri Erakçi: Netanyahu İranda heç bir məqsədə nail ola bilmədi

İranın xarici işlər naziri Erakçi: Netanyahu İranda heç bir məqsədə nail ola bilmədi

14 İyul 2025 / 8:47
36
Nigeriyada 161 milyon insan qida çatışmazlığı ilə üzləşib

Nigeriyada 161 milyon insan qida çatışmazlığı ilə üzləşib

14 İyul 2025 / 8:44
30
PKK/YPG Suriyada iki ərəb uşağı qətlə yetirdi, ABŞ “müttəfiqi” SDQ-yə ultimatum verdi: Dəməşqə təslim olun!

PKK/YPG Suriyada iki ərəb uşağı qətlə yetirdi, ABŞ “müttəfiqi” SDQ-yə ultimatum verdi: Dəməşqə təslim olun!

12 İyul 2025 / 19:59
24
TƏCİLİ: Putin İlham Əliyevdən ÜZR İSTƏDİ

Putin İranın nüvə silahı əldə etməsinə qarşı çıxdı – Tehran-Moskva xəttində gərginlik

12 İyul 2025 / 17:23
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.