Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin sabah İsveçrənin Cenevrə şəhərində İran xarici işlər naziri ilə görüşmək istədikləri bildirilib.
Avropa.info-nun məlumatına görə Almaniya Mətbuat Agentliyi (DPA) Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, Almaniya, Fransa və İngiltərə xarici işlər nazirləri sabah Cenevrədə İranın xarici işlər naziri Abbas Erakçi ilə görüşmək istəyirlər .
Almaniyanın xarici işlər naziri Johann Wadephul Berlində fransalı həmkarı Jean-Noel Barrot, britaniyalı həmkarı David Lammy və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə telefonda Erakçiyə danışıqlar təklifi etdiyini açıqlayıb.
Wadephul həll yolu üçün danışıqlara hazır olduqlarını bildirib, lakin əlavə edib ki, Tehran təcili tədbirlər görməlidir və “etimad yaradan və yoxlanıla bilən tədbirlər” görməlidir.