İsrail ordusunun Qəzzada Əl-Əhli Baptist Xəstəxanasının həyətinə hücumu nəticəsində 3 jurnalist həyatını itirib.
Avropa.info xəbər verir ki, Adının açıqlanmasını istəməyən səhiyyə sektorundan bir mənbənin AA-ya verdiyi məlumata görə, İsrail ordusu Qəzza şəhərində Əl-Əhli Baptist Xəstəxanasının həyətini pilotsuz uçuş aparatları (PUA) ilə bombalayıb.
İsrailin hücumu nəticəsində jurnalistlər Semir ər-Rufai, Süleyman Huccac və İsmayıl Bedhın həyatını itirdiyi, bəzilərinin isə yaralandığı bildirilib.
Qəzza zolağına şiddətli hücumlar həyata keçirən İsrail ordusu xəstəxana, məktəb və məcburi köçkün fələstinlilərin çadırları kimi mülki əraziləri də hədəf alır.
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 54.607 fələstinli ölüb, 125.341 nəfər yaralanıb.