01 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Zəngəzur dəhlizi ilə bağlı SON XƏBƏR – Moskva görüşündən sonra…

Oktyabr 10, 2024
Araşdırma
A A

Paşinyanın sülh bəyanatlarının saxta olub-olmadığını məhz Naxçıvan bölgəsi ilə Azərbaycanın əsas hissəsi arasındakı dəhlizin açılıb-açılmaması ortaya çıxaracaq; Ermənistan rəhbərliyi Rusiyanın marağında olan layihənin əleyhinə olacaqmı…

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada olarkən yenə sülh müqaviləsindən danışıb. Bildirib ki, Ermənistan oktyabrda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır və bu, onun rəsmi mövqeyidir.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında belə deyib. O bəyan edib ki, indi Ermənistan və Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarının olmadığının təsdiqi və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi kimi bir sıra fundamental məsələlər üzrə qərar qəbul etməlidir. MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Moskvada səfərdə olan Azərbaycan və Ermənistan liderləri Putinlə ikitərəfli görüşlər keçiriblər. Rusiya prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində Zəngəzur dəhlizi mövzusu müzakirə olunub. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Yəqin ki, Putinin Əliyev və Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna toxunulub”, – Kremlin sözçüsü vurğulayıb. Son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı müzakirələr ya qapalı gedir, ya da nəticəvi bir hal olmadığı üçün səngiyib. Bu arada, İran-Ermənistan sərhədindən rus sərhədçilərin erməni sərhədçilərlə əvəzlənməsi barədə anlaşma da maraqlıdır. Dəhlizə nəzarət də Ermənistandamı olacaq? Paşinyan deyib ki, Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır. O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

Qeyd edək ki, gözlənildiyinin əksinə  olaraq Rusiyada üçtərəfli görüş alınmadı. Amma hər iki ölkənin lideri Putinlə görüşdü. Rusiyanın Zəngəzur dəhlizinə marağı bəllidir. Heç şübhəsiz, ikitərəfli görüşlərin baş mövzularından biri də Zəngəzur dəhlizinin açılması olub. Prezident Putin Bakıya səfərində, daha sonra Azərbaycan Prezidenti ilə telefon danışığında dəhliz müzakirəsi aparmışdı. Sonradan Paşinyana zəngində də bu mövzudan bəhs etdiyi şübhəsiz idi. Düzdür, İranın dəhlizə qıcığı var və Rusiyaya da məsələ ilə bağlı etirazını çatdırıb. Amma ona qalsa, İran Qarabağın Azərbaycanın nəzarətinə keçməsini də arzulamırdı.

Bəs Moskvadakı görüşdən və açıqlamalardan nəsə nəticə gözləyəkmi?

Deputat Arzu Nağıyev “Şöhrət” ordeni ilə təltif edilib

Arzu Nağıyev

 Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, MDB-nin Dövlət Başçıları Şurasının Moskvada keçirilən iclası çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin də bir araya gəlməsi təbii olaraq iki dövlət arasında həllini gözləyən məsələləri gündəmə gətirib: “Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Paşinyanla təkbətək görüşündə sülh müqaviləsi və Zəngəzur dəhlizinin müzakirəsi istisna deyildi. “Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır”, kimi bəyanatda Zəngəzur dəhlizinin açılması da önəmli məsələ olmalıdır. Çünki bu gün regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olması üçün Zəngəzur dəhlizinin açılması şərtdir. Bu, həm də Ermənistan və Azərbaycan arasında sülhə gedən önəmli addım olacaq. Təbii ki, dəhlizin açılması tək region dövlətləri üçün yox, eyni zamanda supergücləri də düşündürən məsələdir. Artıq bunu dərk edən Paşinyan MDB-nin Dövlət Başçıları Şurasının iclasında sülh müqaviləsnini bağlamağında maraqlı olduğunu ifadə edib”. A.Nağıyevin sözlərinə görə, dəhlizin açılşı və onun qorunması məsələsi də gündəmdə olan məsələdir: “Məlumdur ki, İranı ən çox narahat edən bu məsələ ilə bağlı Ermənistan dəhlizin özləri tərəfindən yaratdıqları mühafizə qurumları tərəfindən qorunacağını bəyan etmişdi. Lakin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları bu gün İranla sərhədi qoruyur və ən yaxşı variant kimi bu təklif dəhliz üçün də verilə bilər. Zənnimcə, İran da buna öz razılığını verər. Ancaq bu razılaşmaya mane olan əsas səbəb Ermənistana olan kənar təzyiqlərdir. Xüsusilə Aİ-nin missiyası, ABŞ-ın mövqeyi Cənubi Qafqazda sülhü gecikdirən əsas amillərdəndir. Qərb bu yolla Azərbaycanla Ermənistan sərhədində kəşfiyyat materialları toplamaqla və özünəxas şəkildə dünyaya çatdırmaqla məşğuldur. Qərbin yeritdiyi bu siyasət eyni zamanda Ermənistanda revanşist qüvvələrin fəallaşmasına, aqressiyanın atmasıına təkan verir”. Komitə sədri qeyd etdi ki, hazırda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizi Cənubi Qafqaz iqtisadiyyatına yeni can verəcək önəmli qapıdır: “Hesab edirəm ki, bu qapının açılmaq vaxtı artıq gəlib çatıb. Əvvəllər də qeyd edilmişdi ki, söhbət tək dəmir yolu xətlərindən deyil, kəmər və digər kommunikasiyaların da inşasından gedir”. A.Nağıyev xüsusilə vurğuladı ki, digər bir məsələ də ərazi iddiaları ilə çıxış etməmək öhdəliyi kimi bir sıra fundamental məsələlər üzrə qərarın qəbul edilməsidir: “Təbii ki, Ermənistan bununla əlaqədar konstitusiya dəyişikliklərini qəbul etməlidir. Paşinyanın oktyabrda sülh müqaviləsi imzalanmasına hazır olması inandırıcı görünmür, çünki ərazi bütövlüyü, iddialar əsas məqam kimi qalmaqdadır. Moskvadakı görüşdən və açıqlamalardan belə nəticə çıxarmaq olar ki, bu gün əsas şərt qoyan tərəf Azərbaycan olmalıdır və müsbət addımlar üçün, sülh müqaviləsinin imzalanmsı üçün heç bir vasitəçi olmadan masa arxasına əyləşmək lazımdır, burada da Azərbaycanın yürütdüyü kimi müstəqil daxili və xarici siyasət yürütmək lazımdır, məhz buna görə də üçtərəfli görüş alınmadı…”

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

 Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə bu fikirdədir ki, Zəngəzur dəhlizinin açılmasının reallaşmağı ilə bağlı artıq ortada konkret, əməli işlər var: “Tehranda 3+3 formatlı Xarici İşlər Nazirlərinin görüşündə də İran ərazisindən Azərbaycanın Naxçıvana quru yolunun formalaşdırılması məsələsi müzakirə edilib. Azərbaycanla İran tərəfindən artıq bu məsələ ilə bağlı əməli addımlara start verilib. Zərgəzur dəhlizinin alternativi kimi bu layihə işləkdir. Ancaq digər tərəfdən Ermənistan təəssüflər olsun ki, 10 noyabr bəyanatını yerinə yetirmədi. Hələlik Zəngəzur dəhlizi ilə bağlı məsələni bloklamağa davam edir və əlbəttə ki, belə olan təqdirdə Ermənistanın özəlliklə Qərbdəki havadarlarının təxribatları vasitəsilə Zəngəzur dəhlizinə əngəl törətməyi həmçinin Zəngəzur dəhlizində rus vespesinin təhlükəsizliyini təmin etmək ehtimallarını da sıfırlamağı bu layihənin Ermənistan tərəfindən ciddi şəkildə sabotaja uğradılmasına yönəlib”. T.İsmayılovun fikrincə, hər halda, Azərbaycan Mehri üzərindən Naxçıvana quru keçidlə bağlı öz ritorikasını və siyasətini davam etdirəcək: “Amma biz hansısa güc yolu ilə, yaxud digər vasitələrdən istifadə edərək Zəngəzur dəhlizini zorla açmaq niyyətində deyilk. Baxmayaraq ki, Ermənistan Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hərbi aqressivlik və hərbi ritorika göstərməyə çalışmaqda ittiham etməyə davam edir. Ancaq istənilən halda hesab edirəm ki, Azərbaycanın bu məsələdə mövqeyi sabitdir. Sülh şəraitində, barış şəraitində, iki ölkənin anlaşması şəraitində bu dəhlizin açılmağını istəyirik. Ancaq faktiki olaraq Ermənistanın və Ermənistanın Qərbdəki havadarlarının indiki tormozlayıcı mövqeyi yaxın zamanda dəhlizin açılma imkanlarını sual altına alıb. İstənilən halda Azərbaycan dayanmır. Və alternativ yolların üzərində ciddi şəkildə işlər gedir. İstənilən halda isə Moskvada Paşinyana yaxşı bələddirlər. Ermənistana indiki halda Rusiya da tam güvənə bilməz. Bizim qarşımızda forpostu olduğu ölkəyə qarşı belə, siyasi dəllallıq edən bir ölkə var”.

Beləliklə, Nikol Paşinyanın sülh bəyanatlarının saxta olub-olmadığını məhz Naxçıvan bölgəsi ilə Azərbaycanın əsas hissəsi arasındakı dəhlizin açılıb-açılmaması ortaya çıxaracaq. İndi sual budur: Ermənistan rəhbərliyi Rusiyanın marağında olan layihənin əleyhinə çıxacaqmı? Mövqenin dəqiqləşdirilməsi üçün çox az zaman qalıb..

Əvvəlki Yazı

“Elə vəziyyət yaranıb ki, Qərb yol üçün bir variant, Rusiya başqa variant təklif edir”-Ovannisyan

Növbəti Yazı

AYNA sədrindən taksilərin avtobus zolağına daxil olması ilə bağlı AÇIQLAMA

XƏBƏR LENTİ

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

01 İyul 2025 / 15:00
5
QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

01 İyul 2025 / 14:54
2
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

01 İyul 2025 / 13:33
19
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

01 İyul 2025 / 9:01
26
Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
7
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
14
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
31
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
19
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
26
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
39
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
30
SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

30 İyun 2025 / 13:03
18
DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakınin Qaradağ rayonunda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

30 İyun 2025 / 12:57
41
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

30 İyun 2025 / 10:23
24
Serbiyada etirazlar səngimir, küçələr bağlanır

Serbiyada etirazlar səngimir, küçələr bağlanır

30 İyun 2025 / 9:05
35
Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

30 İyun 2025 / 8:56
49
Antalyada meşə yanğını baş verib

Antalyada meşə yanğını baş verib

30 İyun 2025 / 8:49
37
Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

Putinin əli azərbaycanlıların qanına batıb – AzTV

30 İyun 2025 / 8:34
67
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

30 İyun 2025 / 8:19
61
Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

30 İyun 2025 / 8:10
15
Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

30 İyun 2025 / 7:50
57
Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

29 İyun 2025 / 16:19
20
Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

29 İyun 2025 / 16:03
37
Professor İlham Rəhimov: “Qod Nisanovun Azərbaycanda hər hansı bir layihəsi olsaydı, məlumatım olardı”

İlham Rəhimovdan Rusiyada soydaşlarımıza qarşı törədilmiş cinayətə reaksiya

29 İyun 2025 / 12:45
31
İsrail Livanın cənubunu hədəfə alıb

İsrail Livanın cənubunu hədəfə alıb

29 İyun 2025 / 8:45
29
Avstriyada Fələstinə dəstək nümayişi -Foto

Avstriyada Fələstinə dəstək nümayişi -Foto

29 İyun 2025 / 8:31
36
Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

28 İyun 2025 / 18:51
16
Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

28 İyun 2025 / 13:37
5
Yekaterinburqda keçirilən əməliyyatda 9 azərbaycanlı saxlanıldı – YENİLƏNİB 2

Rusiyanın Yekaterinburq şəhərində olan hadisənin detalları ilk dəfə açıqlandı: Qətl, kişi və qadınlara işgəncə, 70 nəfərin həbsi olunmasi

28 İyun 2025 / 13:32
49
Rusiyanın Yekaterinburq şəhərində öldürülən azərbaycanlıların sayı beş nəfərə catdi

Rusiyanın Yekaterinburq şəhərində öldürülən azərbaycanlıların sayı beş nəfərə catdi

28 İyun 2025 / 13:15
61
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.