DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Fransa və İraq arasında keçirilən oyun yarımçıq dayandırılıb.
Avropa.info xəbər verir ki, buna matçın ilk hissəsinin sonlarına yaxın başlayan şiddətli yağış və ildırım çaxması səbəb olub.
Həmçinin oxuyun: Fransa – İraq oyunu təxirə salına bilər
Oyunun baş hakimi görüşü yarımçıq dayandırıb. İldırım təhlükəsinə görə azarkeşlərdən tribunaları tərk etmələri xahiş edilib. Oyun dayandırılan ana qədər Fransa millisi Kilian Mbappenin 14-cü dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə öndə olub.
Stadionda matçın ikinci hissəsinin nə vaxt keçirilməsinin bəlli olmadığı elan edilib.
Xatırladaq ki, daha əvvəl ildırım səbəbindən oyunun təxirə salınacağı ilə bağlı xəbərlər yayılmışdı





























