İşğaldan azad olunan Xocalıda üçüncü dəfə kütləvi məzarlıq aşkarlanıb.
Avropa.info xəbər verir ki, kütləvi məzarlıqda aşkarlanan insan skeletlərinin qalıqlarının 7 nəfərə aid olduğu bildirilir.
Xatırladaq ki, Xocalıda ötən ilin fevralında iki dəfə kütləvi məzarlıq aşkarlanıb.
***
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.
Onlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi yolu ilə Şuşa – Laçın yolunun birləşməsində aşkar edilib.
E.Səmədovun sözlərinə görə, qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir: “Əsgəran- Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.
Həmin fotoları təqdim edirik