Siyasət

Əhməd İsmayilov qazaxıstanli nazir Aida Balayeva ilə görüşüb -Fotolar

16 Aprel 2025, 16:4081
Reklam728x90
Reklam320x100

Astanada təşkil olunan II Mərkəzi Asiya Media Forumu çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva arasında ikitərəfli görüş keçirilib.

Avropa.info  xəbər verir ki, görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin, qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin, yeni təşəbbüslərin həyata keçirilməsinin önəmi vurğulanıb.

Bununla yanaşı, tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərə toxunulub, media sahəsində mütəxəssislərin hazırlanması, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizə üsullarına dair təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600