Gündəm

Qəza törədən taksi sürücüsü ilk dəfə DANIŞDI – Narkoloji testin cavabı AÇIQLANDI

14 Aprel 2025, 09:5052
Reklam728x90
Reklam320x100

Bakıda “Bolt” taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb.

Avropa.info  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib: “Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım”.

O, guya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib:

“Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir”.

Qeyd edək ki, iki gün əvvəl Bakıda “Bolt” taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan “Ford”a dəyib, “uçaraq” yolun o biri tərəfinə düşüb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600