Siyasət

Ceyhun Bayramov Antalyada Ararat Mirzoyanla görüşüb

12 Aprel 2025, 13:5760
Reklam728x90
Reklam320x100

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600