26 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Vətən müharibəsinin 10-cu günü: Düşmənin mərkəzi silah-sursat anbarı darmadağın edilir

Oktyabr 6, 2024
Manşet
A A

06 oktyabr, 2024 / 08:30 2020-ci il oktyabrın altısı – bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin onuncu günü.

Avropa .info xatırladır ki, Müdafiə Nazirliyinin həmin günə verdiyi məlumata əsasən, gecə boyu Cəbrayıl-Füzuli istiqaməti də daxil olmaqla, cəbhə boyu bütün istiqamətlərdə tam üstünlük nümayiş etdirilir və düşmənə ağır zərbələr endirilir.

Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin zirehli texnikalarını, atəşə dəstək və təminat vasitələrini məhv edir.

Ermənistan silahlı qüvvələrinin daha üç tankı, dörd ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılır. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş “D-20” artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilir. Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilir.

Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülür.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə özünün “X” səhifəsində Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyin azad olunduğunu açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilən kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyini sübut edən radio danışıqları ələ keçirilir. Həmçinin, aparılan əməliyyatlar nəticəsində daha iki əcnəbi muzdlu-terrorçu məhv edilir.

Saat 19-da Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutması barədə məlumat yayır.

Saat 21-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində bir nəfər həlak olur, iki nəfər yaralanır.

Həmçinin, həmin saatlarda Ermənistan silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınır.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılır, bir ədəd tank və üç top məhv edilir.

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edir.

Görüşdə dövlətimizin başçısı deyir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi.

Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilir. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil olunur, qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilir.

Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi silah və hərbi texnikaların görüntülərini yayır.

Müdafiə Nazirliyi, həmçinin, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntülərini paylaşır.

 

 

Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatır.

Ermənistan ordusunun bölmələri müharibə cinayətlərini davam etdirərək Ağcabədi və Horadiz şəhərlərini, Goranboy rayonunu, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Ağdam rayonunun Səfərli qəsəbələrini, Böyükbəyli və Təzəkənd kəndlərini, cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan, raketlərdən və artilleriya qurğularından atəşə tutur. Nəticədə onlarla mülki infrastruktur obyekti sıradan çıxır, əhalinin əmlakına külli miqdarda ziyan dəyir.

Əzizə İsmayılova

44 günlük Vətən müharibəsi
İlham Əliyev
Azərbaycan Ordusu

Əvvəlki Yazı

Londonda Fələstinə dəstək aksiyası kecirilib- 15 nəfər saxlanılıb

Növbəti Yazı

Aİ xarici ölkələrdə miqrant düşərgələri yaradacaq

XƏBƏR LENTİ

Trampdan İrana yardım edən ölkələrə iqtisadi təhlükə

Tramp ABŞ-ın İranla müharibəsinin tezliklə başa çatdığını açıqlayıb

26 Avqust 2026 / 18:04
18
Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

26 Avqust 2026 / 17:59
14
Ermənistanın sabiq prezidenti Köçəryan xəstəxanadan məhkəməyə aparılıb

Ermənistanın sabiq prezidenti Köçəryan xəstəxanadan məhkəməyə aparılıb

26 Avqust 2026 / 17:50
5
Cozef Aun: Cənubdakı məqsədlərimizə çatmaq üçün İsraillə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur

Cozef Aun: Cənubdakı məqsədlərimizə çatmaq üçün İsraillə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur

26 Avqust 2026 / 17:43
16
Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

26 Avqust 2026 / 17:34
2
İsrail işğal altındakı UNRWA Kalendiya Təlim Mərkəzindəki qüvvələrini gücləndirib

İsrail işğal altındakı UNRWA Kalendiya Təlim Mərkəzindəki qüvvələrini gücləndirib

26 Avqust 2026 / 17:28
3
İran İnqilabı Keşikçiləri Korpusu: İran və Oman Hörmüz boğazı sularında paylarına dair razılığa gəliblər

İran İnqilabı Keşikçiləri Korpusu: İran və Oman Hörmüz boğazı sularında paylarına dair razılığa gəliblər

26 Avqust 2026 / 17:08
31
Antalyadan ölkəsinə qayıdan rusiyalı sərnişin təyyarədə dünyasını dəyişib

Antalyadan ölkəsinə qayıdan rusiyalı sərnişin təyyarədə dünyasını dəyişib

26 Avqust 2026 / 16:59
1
Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

26 Avqust 2026 / 16:49
12
Eks Prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Eks Prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

26 Avqust 2026 / 16:44
14
Mehriban Əliyeva qızı Arzu Əliyeva ilə açılışda – Fotolar

Mehriban Əliyeva qızı Arzu Əliyeva ilə açılışda – Fotolar

26 Avqust 2026 / 16:40
20
İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

26 Avqust 2026 / 12:39
8
Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğan: Ümid edirəm ki, Malazgirtin çoxəsrlik ruhu gələcəyimizə rəhbərlik etməyə davam edəcək

26 Avqust 2026 / 12:28
13
Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

Prezident İlham Əliyev “Sabah” komandasıni təbrik etdi-Foto

26 Avqust 2026 / 12:15
22
Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

26 Avqust 2026 / 12:11
13
Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

26 Avqust 2026 / 12:05
9
Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

26 Avqust 2026 / 11:56
56
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

26 Avqust 2026 / 10:22
7
Ermənistanin keçmiş prezidenti həbs olundu

Məhkəmə Ermənistanın eks-prezidenti Köçəryanın ikinci oğlunu da həbs edib

26 Avqust 2026 / 10:11
17
Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

26 Avqust 2026 / 10:01
21
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

26 Avqust 2026 / 9:53
56
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

26 Avqust 2026 / 8:57
21
Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

26 Avqust 2026 / 8:52
8
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Rusiyanın 16 bölgəsində bir gecədə 426 Ukrayna PUA vurulub

26 Avqust 2026 / 8:44
8
İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

İsrail ordusunun xəstəxanada jurnalistləri öldürdüyü hücumlardan bir il ötür

26 Avqust 2026 / 8:33
15
İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

İran: Hörmüz boğazında cənub dəhlizi bağlanıb

26 Avqust 2026 / 8:16
7
ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

ABŞ Kapitolinin yaxınlığında yük maşını ilə gilyotinli şəxs saxlanılıb

26 Avqust 2026 / 8:06
19
Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

25 Avqust 2026 / 22:19
14
Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

25 Avqust 2026 / 16:47
15
Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

25 Avqust 2026 / 16:14
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.