Siyasət

Ştaynmayer qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib

3 Aprel 2025, 10:0534
Reklam728x90
Reklam320x100

Dünən ölkəmizdə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıya səfəri ilə bağlı təəssüratlarını paylaşıb.

Avropa.info xəbər verir ki, Almaniya lideri bu barədə rəsmi instaqram hesabında paylaşım edib.

Ştaynmayer qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib.

O, həmçinin paylaşımlarında İçərişəhərə səfərini, Azərbaycan və Almaniyanın birinci xanımları Mehriban Əliyeva ilə Elke Büdenbender arasında baş tutan görüşü, eləcə də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramını xüsusilə qeyd edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600