Gündəm

Sevgilisinə dəstək oldu, serialdan uzaqlaşdırıldı – Foto

3 Aprel 2025, 08:5665
Reklam728x90
Reklam320x100

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Aybüke Pusat boykot çağırışları ilə bağlı paylaşımına görə TRT-də yayımlanan “Teşkilat” serialının heyətindən çıxarılıb.

Avropa.info-nun məlumatına görə, aktyor Furkan Andıç sosial şəbəkə hesabında sevgilisi Aybükeyə dəstək olub.

Andıç birgə fotolarını paylaşaraq “Yanındayam, gülüm” sözlərini yazıb.

Furkan da sevgilisinə dəstək olduğu üçün “TRT Tabii” üçün çəkilən “Muhabir” serialından kənarlaşdırılıb.

Xatırladaq ki, illərdir münasibətlərini gizli saxlayan məşhur aktyor cütlük Furkan Andıç və Aybüke Pusat ilk dəfə birlikdə olduqlarını “14 Fevral – Sevgililər Günü”ndə açıqlayıblar. Onlar “Her yerde sen” serialında da baş rolları bölüşüblər.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600