Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Berat Kandili ilə bağlı mesaj yayıb.
Avropa.info xəbər verir ki, Əminə Ərdoğan sosial media hesabında paylaşdığı paylaşımda Berat Kandili qeyd edib .
Əminə Ərdoğan paylaşımında bu ifadələri işlədib:
“Əziz millətimizi və İslam aləmini Bərat gecəsi münasibəti ilə təbrik edirəm. Bu mübarək gecə münasibəti ilə Allahdan insanlığa hidayət, döyüş bölgələrindəki məzlum qardaşlarımıza nicat diləyirəm. Gecəmiz Ramazan ayına salamat çatmaq duası ilə mübarək olsun. Qurani-Kərimin nuru yer üzünü əhatə etsin”.