Fevralın 9-da Konstitusiya və Suverenlik İlinə həsr olunmuş sərgi-tədbir keçirilib.
Avropa.info xəbər verir ki, Yasamal Rayon Heydər Əliyev Mərkəzi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı keçirilən sərgidə RF ART Studionun rəhbəri Fidan Rüstəmzadə və 20 nəfər tələbəsinin 44 əsəri nümayiş olunub.
Sərgini giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva və elmi işçi Azər Zeynalzadə Suverenlik və Konstitusiya İlinə həsr olunmuş sərginin önəmindən söz açıblar. Sərginin təşkilatçısı, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovanın Sərgi iştirakçılarını salamlayaraq Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Xanım Ömərovaya birgə təşkilatçıq, hər zaman yeniyetmə və gənclərə dəstəyi üçün təşəkkür edib.
Elnurə İsgəndərova RF ART Studionun xüsusi istedada malik tələbələrinin müxtəlif mövzulara aid əsərlərindən ibarət sərginin hazırlandığını bildirərək onları bu münasibətlə təbrik edib, yeniyetmələrin əsərlər vasitəsi ilə düşüncələrini çatdırmasının yüksək dəyər olduğunu diqqətə çatdırıb, RF ART Studionun rəhbəri Fidan Rüstəmzadəyə və tələbələrinə uğurlar arzulayıb.
Sonda qrup sərgisində iştirak edən rəssamlar diplomlarla təltif olunublar və xatirə fotoları çəkilib.
Aygün Oqtay
Fotolar Camalındır
Operator: Çingiz Abdullayev