Mingəçevirdən Şuşaya ilk avtobus reysi bu gün fəaliyyətə başlayıb.
Avropa.infoxəbər verir ki,bu barədə Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb.
Bildirilib ki, biletləri www.biletim.az portalından əldə etmək mümkündür. Reyslər hər gün Mingəçevirdən Şuşaya saat 08:00-da, Şuşadan Mingəçevirə isə saat 16:00-da yola düşür.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə giriş üçün icazələrin olması mütləqdir.