Siyasət

“44 günlük müharibədə məğlubiyyətimiz bizi müstəqil, suveren dövlət etdi”-Paşinyan

4 Fevral 2025, 10:169
Reklam728x90
Reklam320x100

Ermənistanda ideoloji dəyişiklik baş verir.

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda erməni icması ilə görüşdə deyib.

O qeyd edib ki, bu dəyişiklik ilk növbədə hakimiyyətdə gedir:

“Bizdən əvvəlki hökumətin fərqli ideologiyası olub, indi ideoloji transformasiya gedir. Belə bir fikir var idi ki, Ermənistan Respublikası ali məqsədlər üçün dayaq nöqtəsidir. Bu məqsədlər tarixi keçmişlə bağlıdır. İndi Ermənistan Respublikasının özü ali milli məqsəddir və bundan yüksək milli məqsəd ola bilməz”.

Paşinyan qeyd edir ki, bu transformasiya erməni xalqının keçdiyi yola görə baş verir.

Onun sözlərinə görə, Ermənistan 44 günlük müharibədə məğlubiyyətdən keçərək, müstəqil, suveren dövlətə sahib olmaq imkanı qazanıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600