26 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

35 şirkətin rəhbəri həbs edildi: Bu vəzifəlilərlə əlbir imiş

Noyabr 26, 2024
Ölkə
A A

Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov həbs edilib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, iş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pullarin leqallaşdırmaqda ittiham olunur. İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

Fəqani Rəhimov hələ iki il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi.

Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib. 

F.Rəhimov qanunsuz işlərinin çoxunu “İnşaat-F” MMC vasitəsilə həyata keçirib.

Məsələn, həmin şirkət Qubustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib. Razılaşmaya əsasən “İnşaat-F” MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb.

Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün F.Rəhimovun “Kontey SV” şirkətinə bazar dəyərindən artıq pul köçürüb.

Eyni niyyətlə “Sanator-Kurort Reabilitasiya Mərkəzi”nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 min 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 min 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb.

Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün katriç, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün “Benbris” şirkətinə malların dəyərindən artıq pul ayrılıb.

Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.

Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb. 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

Özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər

Əvvəlki Yazı

Masallıda qətl hadisəsi baş verib

Növbəti Yazı

Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?

XƏBƏR LENTİ

Mixalkov Azərbaycana qarşı : Qusmanı “beşinci kolon” elan etdi

Mixalkov Azərbaycana qarşı : Qusmanı “beşinci kolon” elan etdi

26 İyul 2026 / 9:51
16
İsrail Fələstin torpaqlarının qəsb edilməsini genişləndirməyi hədəfləyir

İsrail Fələstin torpaqlarının qəsb edilməsini genişləndirməyi hədəfləyir

26 İyul 2026 / 7:05
2
İstanbulda şəhər çevrilmə işləri çərçivəsində binanın eyvanları və divarları uçub

İstanbulda şəhər çevrilmə işləri çərçivəsində binanın eyvanları və divarları uçub

26 İyul 2026 / 7:01
1
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Bilgəhdə faciə: iki nəfər öldü

25 İyul 2026 / 19:51
12
ALMANİYADA DƏHŞƏTLİ QƏZA: Təyyarə yaşayış binasına çırpıldı

ALMANİYADA DƏHŞƏTLİ QƏZA: Təyyarə yaşayış binasına çırpıldı

25 İyul 2026 / 19:24
8
 Qızının başmaqlarını götürmək üçün bənd gölünə girən şəxs boğularaq ölüb

 Qızının başmaqlarını götürmək üçün bənd gölünə girən şəxs boğularaq ölüb

25 İyul 2026 / 18:34
5
Sabunçu rayonunda Market yanaraq külə döndü -Fotolar

Sabunçu rayonunda Market yanaraq külə döndü -Fotolar

25 İyul 2026 / 18:19
12
Fransanın cənub-qərbində yanğınlar səbəbindən 3 gündə təxminən 200 min insan təxliyə edilib

Fransanın cənub-qərbində yanğınlar səbəbindən 3 gündə təxminən 200 min insan təxliyə edilib

25 İyul 2026 / 17:47
2
Ağdamın bu  kəndlərində də  yanğın başladı

Ağdamın bu  kəndlərində də  yanğın başladı

25 İyul 2026 / 17:34
18
Şeybani: İsrailin Suriya ərazisini pozması bölgə üçün təhlükə yaradır

Şeybani: İsrailin Suriya ərazisini pozması bölgə üçün təhlükə yaradır

25 İyul 2026 / 17:07
14
Husilər: Səudiyyə Ərəbistanının Aramco obyektlərini hədəf aldıq

Husilər: Səudiyyə Ərəbistanının Aramco obyektlərini hədəf aldıq

25 İyul 2026 / 16:58
2
Gürcüstandakı işıq probleminə görə Bakı-Tbilisi qatarı yolda qaldı

Gürcüstandakı işıq probleminə görə Bakı-Tbilisi qatarı yolda qaldı

25 İyul 2026 / 16:47
3
OpenAI sağlamlıq məlumatlarını ChatGPT-ə köçürdü: Yeni xüsusiyyət risklər gətirir

OpenAI sağlamlıq məlumatlarını ChatGPT-ə köçürdü: Yeni xüsusiyyət risklər gətirir

25 İyul 2026 / 16:35
10
Suriyada avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, 30 nəfər yaralanıb

Suriyada avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, 30 nəfər yaralanıb

25 İyul 2026 / 16:31
14
Avropada həddindən artıq istilər və meşə yanğınları: Minlərlə insan təxliyə edildi

Loran Nunyes:”Fransada bu günə olan məlumata görə, yanmış torpaqların sahəsi 98 min hektardan bir qədər azdır”

25 İyul 2026 / 16:09
5
Bakıda oğurluq edən şəxslər həbs edilib

Bakıda oğurluq edən şəxslər həbs edilib

25 İyul 2026 / 15:44
5
Narkotik aludəçisi olan Ana övladını zəncirləyib?-Açiqlama

Narkotik aludəçisi olan Ana övladını zəncirləyib?-Açiqlama

25 İyul 2026 / 15:34
4
Güləş üzrə Dünya çempionatında dörd azərbaycanlı hakimlik edəcək

Güləş üzrə Dünya çempionatında dörd azərbaycanlı hakimlik edəcək

25 İyul 2026 / 12:58
1
AB-də elektrikli avtomobil satışları 1 ildə yüzdə 40-dan çox artıb

AB-də elektrikli avtomobil satışları 1 ildə yüzdə 40-dan çox artıb

25 İyul 2026 / 12:52
11
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5 min 546-ya yüksəlib

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5 min 546-ya yüksəlib

25 İyul 2026 / 10:50
17
Mısır Türkiyədən KAAN almaq niyyətindədir

Mısır Türkiyədən KAAN almaq niyyətindədir

25 İyul 2026 / 10:43
18
BDYPİ sürücülərə xəbərdarlıq etdi

BDYPİ sürücülərə xəbərdarlıq etdi

25 İyul 2026 / 10:31
9
Türkiyədə Bələdiyyənin şəxsi katibi velosipedindən yıxılaraq dünyasını dəyişib

Türkiyədə Bələdiyyənin şəxsi katibi velosipedindən yıxılaraq dünyasını dəyişib

25 İyul 2026 / 10:25
1
Astarada kişi mağazada öldü

Təmir sexində kişi meyiti tapılıb

25 İyul 2026 / 9:28
3
FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi

25 İyul 2026 / 9:04
8
ABŞ kəşfiyyat orqanları Ali Lider Müctəba Xamenei haqqında maraqlı məlumatlar əldə edib

ABŞ kəşfiyyat orqanları Ali Lider Müctəba Xamenei haqqında maraqlı məlumatlar əldə edib

25 İyul 2026 / 8:57
3
Makron silahlı qüvvələrin səfərbər olunması barədə göstəriş verib

Makron silahlı qüvvələrin səfərbər olunması barədə göstəriş verib

25 İyul 2026 / 8:48
12
Azərbaycanın Ukraynadakı səfirliyinin yaxın əraziləri hava zərbələrinə məruz qalıb

Rusiyanın Ukraynaya PUA hücumu nəticəsində ölən və yaralananlar var

25 İyul 2026 / 8:42
7
Tramp: Çox az sayda pilotsuz təyyarə qalıb. Onların çoxu qalmayıb

Tramp: Çox az sayda pilotsuz təyyarə qalıb. Onların çoxu qalmayıb

25 İyul 2026 / 8:28
7
ABŞ-dan 60-dan çox ölkəyə gömrük rüsumlarının yeni dalğası

Tramp növbəti seçkilərdə “bir daha namizəd olacağını” açıqlayıb

25 İyul 2026 / 8:08
19
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.