27 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

20 Yanvar – Azərbaycanın azadlıq tarixinin şərəfli səhifəsi

Yanvar 18, 2025
Siyasət
A A

20 Yanvar xalqımızın müstəqillik və azadlıq yolunda apardığı milli istiqlaliyyət hərəkatının zirvəsidir və müasir dövrdə Azərbaycanın azadlıq tarixinin şərəfli və ilk səhifəsidir.

Azadlığına qovuşmuş hər bir xalqın tarixində müəyyən bir həlledici an, təkanverici məqam olur. 20 Yanvar faciəsi də Azərbaycan xalqının həyatında yeni bir mərhələnin – müstəqilliyə aparan yolun başlanğıcı oldu. Bir tərəfdən, bu olaylar ümumxalq faciəsidir; sovet hökuməti tərəfindən guya azad və əmin-amanlığı qorunan dinc əhali özünün hesab etdiyi ordu vasitəsilə amansızcasına qətlə yetirilmiş, haqqını tələb etdiyinə görə «cəzalandırılmışdı». Digər tərəfdən isə bu, xalqımızın öz ləyaqətini qorumaq üçün ayağa qalxaraq birləşmək qüdrətində olduğunu, hər cür qurban verməyə qadir olduğunu göstərdi, milli kimliyimizin formalaşmasına həlledici təsir göstərdi. Məhz 20 Yanvar faciəsindən sonra ölkəmizdə milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, qaçılmaz oldu və biz öz gələcəyimizin yalnız müstəqil Azərbaycanda mümkün olduğunu dərk etdik.

20 Yanvar xalqımızın müstəqillik və azadlıq yolunda apardığı milli istiqlaliyyət hərəkatının zirvəsidir və müasir dövrdə Azərbaycanın azadlıq tarixinin şərəfli və ilk səhifəsidir. 20 Yanvar tarixi və bu tarixin qurbanları xalqımızı milli müstəqillik uğrunda mübarizəyə ruhlandırdı və biz dərk etdik ki, azadlıq heç kimə bəxş edilmir, onu qanınla, canınla əldə etməlisən ki, sonra da qədrini biləsən. Qanlı Yanvar hadisələrinin ertəsi günü hələ Moskvada olarkən böyük cəsarətlə, heç nədən qorxmadan ilk rəsmi etiraz səsləndirən ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. “Tariximizin 20 Yanvar səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir ildən sonra Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu qanlı faciədən ötən müddət ərzində hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək, onların xatirəsini əziz tuturlar”.

Ulu öndər xalqına qarşı törədilmiş bu soyqırımla barışmayacaqlarını elan etmiş və sözünə sadiq qalaraq 1994-cü ilin mart ayının 29-da Milli Məclisdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilməsinə nail olmuşdu. O dövrün çətinliklərinə, siyasi çəkişmə və cəbhə bölgəsindəki gərginliklərə baxmayaraq, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev 20 Yanvar faciəsinin səbəbləri və bunun günahkarlarının araşdırılması ilə də məşğul olmuş və nəticədə bir çox həqiqətləri üzə çıxarmışdır.

Ulu öndərin siyasi varisi və Azərbaycan xalqının Prezidenti cənab İlham Əliyev də bu xətti davam etdirmiş, xalqımızın azadlığı uğrunda canından keçmiş vətəndaşlarının xatirəsini əbədiləşdirmək və onlara layiqli qiymətlərini vermək, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atmışdır. 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmişdir, bu təqaüd şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Dövlət rəhbərinin apardığı bu fəaliyyət strategiyası bu gün də davam etdirilir.

20 Yanvar faciəsindən artıq 35 il ötür. İllər ötdükcə yaralar qaysaqlanır, ağrı kütləşir və bu gün biz əziz şəhidlərimizin xatirəsini yad edərkən göz yaşlarımızı boğaraq, başımızı dik tuta bilirik, onların qanlarının batmadığından qürur duyuruq və bizi birliyə, özümüzə inama qaytardıqlarına və müstəqilliyimizə qovuşdurduqlarına görə onlara Allahdan rəhmət diləyirik. Onların əziz xatirələrini qəlbimizdə daim yaşadacağıq.

Ülviyyə Ağayeva,
Milli Məclisin deputatı

 

Əvvəlki Yazı

İranın keçmiş prezidenti Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı

Növbəti Yazı

Metroda səs-küy salan şəxs 30 sutka həbs edildi

XƏBƏR LENTİ

Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

27 İyun 2026 / 20:02
2
Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

26 İyun 2026 / 21:53
28
KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

25 İyun 2026 / 22:55
56
Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

25 İyun 2026 / 21:23
49
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası  keçirilib

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

25 İyun 2026 / 15:52
2
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

25 İyun 2026 / 12:42
1
Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Təzəpir məscidində qanvermə aksiyası keçirilir

25 İyun 2026 / 9:42
1
Astarada kişi mağazada öldü

Astarada kişi mağazada öldü

25 İyun 2026 / 9:36
2
Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

25 İyun 2026 / 9:32
1
DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

25 İyun 2026 / 8:19
2
Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

25 İyun 2026 / 8:12
2
Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

25 İyun 2026 / 8:08
2
Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

24 İyun 2026 / 20:46
5
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
22
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
14
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
18
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
10
Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

Türkiyə-Paraqvay oyunu yenidən keçiriləcək?

24 İyun 2026 / 17:23
3
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24 İyun 2026 / 11:17
27
Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı –  ADY -dən açıqlama

Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı – ADY -dən açıqlama

24 İyun 2026 / 10:38
11
Regionxeber saytının baş redaktoru həbs edildi

Regionxeber saytının baş redaktoru həbs edildi

24 İyun 2026 / 10:33
7
Azərbaycandan Ermənistana növbəti yük göndərildi

Azərbaycandan Ermənistana növbəti yük göndərildi

24 İyun 2026 / 9:56
2
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun 2026 / 9:50
1
“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

“TikTok”da söyüş söyən Mirabbas Xuduzadə həbs edildi

24 İyun 2026 / 9:46
6
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

24 İyun 2026 / 9:28
2
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Filippində güclü zəlzələ baş verib

24 İyun 2026 / 9:15
2
Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

Deşam anasının vəfatı səbəbindən Fransa millisinin oyununda iştirak etməyəcək

24 İyun 2026 / 9:00
3
İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

İran parlamentinin sədri Azərbaycanda rəsmi səfərdə

24 İyun 2026 / 8:54
1
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri Azərbaycana səfərə gəlib

24 İyun 2026 / 8:44
4
Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

Belarus çətin vəziyyətdə: Kreml vəziyyətin gərginləşməsinə artıq reaksiya verib

24 İyun 2026 / 8:39
2
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.