14 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Ziyalı Ocağı” İctimai Birliyi Bakı şəhərində “Bu Vətən sənindir, səni çağırır” adlı seminar keçirdi

Oktyabr 30, 2025
Cəmiyyət
A A

Oktyabrın 29-da “Ziyalı Ocağı” İctimai Birliyi Bakı şəhəri Yasamal rayonu 13 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsi çərçivəsində “Bu Vətən sənindir, səni çağırır” adlı maarifləndirici seminar təşkil edib.

Avropa.info xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Seminarı giriş sözü ilə açan Bakı şəhəri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Yaqut Sadıqova tədbir iştirakçılarını və qonaqları salamlayaraq məktəb və şagirdlər barədə ətraflı məlumat verib.

Y. Sadıqova çıxışında vurğulayıb ki, uşaqların və yeniyetmələrin zərərli təsirlərdən qorunması müasir dövrün ən vacib məsələlərindən biridir:

“Bugünkü nəsilləri zərərli, təhlükəli xarici təsirlərdən qorumaq, onların yolunu, səmtini azdırmaq istəyən qüvvələrin qarşısını almaq ailədə valideynlərin, məktəbdə isə müəllimlərin üzərinə düşür. Mütəmadi nəzarət və vacib tövsiyyələrimizlə daima uşaqlarımızın-  şagirdlərimizin yanında olmalıyıq”.

Direktor həmçinin qeyd edib ki, ölkəmiz bu gün dinc və firavan həyat yaşayır:

“Bu sakitliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə aparmalı, onların aramıza soxulmasına yol verməməliyik. Bugünkü tədbirin əsas məqsədi də məhz bu ideyaya xidmət edir”.

Layihə rəhbəri İlahə Əliyeva çıxışında müasir dünyada informasiya sistemlərinin sosial şəbəkələr üzərində qurulduğunu qeyd edib:

“İnternet şəbəkələrində, sosial platformalarda xalqlara, dövlətlərə qarşı informasiya savaşı hökm sürür. Birtərəfli, qərəzli təbliğatlar bir çox hallarda insanları çaşdırır, onlarda yanlış təsəvvürlər oyadır. Bu qəbildən olan təbliğatlar məkrli düşmənlərimiz tərəfindən ölkəmizə, xalqımıza qarşı da planlı şəkildə aparılır. Təbii ki, bizim və sizin ən başlıca vəzifəmiz bu mənfur qüvvələrə qarşı birgə mübarizə aparmaqdır. Xalqımıza, ölkəmizə qarşı təxribatçı qüvvələrin apardığı ideoloji hücumların qarşısını qətiyyətlə almalıyıq. Əleyhimizə aparılan ideoloji təxribatlara, zərərli və “zəhərli” xarici təsirlərə, habelə, mövcud cəmiyyət tərəfindən qınan və qəbul edilməyən yaşam tərzini beyinlərə yeritmək istəyənlərə qarşı çıxmalıyıq. Aldığımız informasiyaları sağlam, etibarlı, əmin mənbələrdən götürməliyik. Təmiz, saf “beynimizin qapısını” çirkin məqsədli qüvvələrə açmamalıyıq. Qətiyyən belə qüvvələrin bizi idarə etməsinə, özümüzün, xalqımızın, dövlətimizin sakitliyini, dincliyini pozmasına icazə verməməliyik”.

Layihənin eksperti Fuad Hüseynzadə isə “İnternetdən və sosial şəbəkələrdən düzgün istifadə” mövzusunda çıxış edib. O, sosial şəbəkələrin müasir dövrdə həm faydalı, həm də təhlükəli tərəflərinin olduğunu qeyd edib:

“Uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi mənəvi dəyərlərimizin, xalqımıza məxsus ailə modelinin mühafizəsi deməkdir. Bəşəri ideyalar çərçivəsində formalaşan milli dəyərlərimiz müasir gəncliyin timsalında əmin əllərə tapşırılmalıdır. Sizin hər biriniz vəfalı, etibarlı və layiqli vətəndaş olaraq dilimizə, dinimizə, adət-ənənələrimizə, bütünlükdə, milli mentalitetimizə qarşı gözlənilən zərərli və zəhərli təsirlərin altına əsla düşməməli, hətta onlara qarşı çıxaraq, barışmaz və ardıcıl mövqe nümayiş etdirməlisiniz. Yabançı, qərəzli yad ünsürləri sizi olduğunuz doğru yoldan sapdırmasına əsla icazə verməyin. Siz doğru yolda addımlamaqla, sağlam düşüncənizlə xalqımızın parlaq gələcəyinin, aydın sabahlarının layiqli davamçılarısınız. Sizin məqsədiniz azad, müstəqil, layiqli və möhkəm əqidəli vətəndaş kimi xalqa, dövlətə xidmət etmək olmalıdır”.

Araşdrımaçı jurnalist Rəsul Mirhəşimli isə “İnternetin zərərli və zəhərli xüsusiyyətlərinin aşkarlanması” mövzusunda çıxış edərək, ideoloji təhlükəsizlik məsələlərinə toxunub:

“XXI əsr informasiya və texnologiya əsridir. Həyatımızın demək olar ki, hər sahəsində internet mühüm yer tutur. Xüsusilə də gənclər və yeniyetmələr üçün internet həm öyrənmə, həm ünsiyyət, həm də əyləncə vasitəsinə çevrilib. Lakin bu alət düzgün və məqsədyönlü istifadə olunmadıqda, ciddi mənfi nəticələrə də səbəb ola bilər”.

O həmçinin qeyd edib ki, internetdə anonimlik bəzən aqressiv davranışlara yol açır. “Bu zaman yeniyetmələr təhqir və alçaldılma ilə qarşılaşa bilər”, – deyə o əlavə edib.

Seminarın sonunda məktəb şagirdləri ilə maraqlı və canlı müzakirə aparılıb, onların sualları ekspertlər tərəfindən cavablandırılıb.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və layihənin maarifləndirici əhəmiyyəti yüksək qiymətləndirilib.




Əvvəlki Yazı

Həbs edilən icra başçısı bu məmurun dayısı imiş

Növbəti Yazı

“Ziyalı Ocağı” İctimai Birliyi Xırdalan şəhərində “Zərərli mənəvi zəhərlənmələr böyük təhlükə mənbəyidir” adlı seminar keçirdi

XƏBƏR LENTİ

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
17
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
35
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

02 İyun 2026 / 11:28
44
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

02 İyun 2026 / 0:34
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.