Silahlı Qüvvələrin tərkibində xüsusi bir komandanlığın – Uzaqmənzilli Əməliyyatlar Komandanlığının yaradılması haqqında fərman imzaladım. Bu komandanlıq “müharibə zamanı Rusiyaya qarşı uzaqmənzilli, faktiki olaraq qlobal təsir göstərmək” məqsədi daşıyacaq.
Avropa.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, komandanlıq mövcud bütün resursları cəmləşdirərək Rusiyanın hərbi potensialını daha da ciddi şəkildə zəiflətməyə çalışacaq:
“Bu istiqamət üzrə komandan güclü və şübhəsiz ki, maksimum təcrübəyə malik bir hərbçi olacaq”.
Zelenski yeni komandanın adını açıqlamayıb.




























