05 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Yevlaxda Qərbi Azərbaycanin irsi ilə bağlı kitabın I cildinin təqdimat mərasimi keçirilib – Fotolar

İyul 10, 2025
Manşet
A A

Yevlaxda “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.

Avropa.info xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ŞİH başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli və İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qərbi Azərbaycan İcması Aparatının elmi işçisi Şəmsi Qocayev, Qərbi Azərbaycan İcmasının Yevlax nümayəndəliyinin rəhbəri Surəddin Rüstəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Ulu Öndərin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirələri birdəqiqəlik sükutla yad edilib.

Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Yevlaxın icra başçısı Anar Tağıyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb: “Şanlı zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır və hamımız bunun şahidiyik”.

Həmçinin bildirib ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.

Şəhər rəhbəri çıxışının davamında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən uğurlu xarici və daxili siyasət sayəsində öz tarixi torpaqlarından zorla qovulan Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı günün artıq uzaqda olmadığını bildirib.

Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, Qərbi Azərbaycan İcması Aparatının elmi işçisi Şəmsi Qocayev, Qərbi Azərbaycan İcmasının Yevlax nümayəndəliyinin rəhbəri Surəddin Rüstəmov çıxışlarında vurğulayıblar ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir.

Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllər cəzasız qaldığı üçün Ermənistan 30 ildən çox müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Düşmən xalqımıza qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirməyib, eyni zamanda soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədib.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır.

Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma, “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi Azərbaycan, ingilis, rus dillərində çap edilib.

 







 

   

Əvvəlki Yazı

Instagram və WhatsApp öz istifadəçiləri ilə danışmağa başlayacaq

Növbəti Yazı

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 119-a çatıb

XƏBƏR LENTİ

Berlində Rus Evinin bağlanmasına qarşı kütləvi nümayiş keçirilib

Berlində Rus Evinin bağlanmasına qarşı kütləvi nümayiş keçirilib

05 Sentyabr 2026 / 1:21
11
Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti axtarışlar barədə məlumatı təkzib edib

Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti axtarışlar barədə məlumatı təkzib edib

05 Sentyabr 2026 / 1:13
13
Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

ABŞ prezidenti Tramp: İran bizim üçün böyük problem deyil

05 Sentyabr 2026 / 1:04
7
Kiyev, Odessa, Nikolayev və Xarkovda partlayışlar  baş verib

İsrailin Livanın cənubunda həyata keçirdiyi hava zərbələri nəticəsində 4 nəfər yaralanıb

05 Sentyabr 2026 / 1:00
5
Bu ölkədə evlər satışa çıxarıldı – Cəmi 24 manat

Bu ölkədə evlər satışa çıxarıldı – Cəmi 24 manat

05 Sentyabr 2026 / 0:55
2
Girne sahillərində cəsədi tapılan 2 qadının şəxsiyyəti məlum olub

Girne sahillərində cəsədi tapılan 2 qadının şəxsiyyəti məlum olub

05 Sentyabr 2026 / 0:48
4
Şahbuzda ağır yol-nəqliyyat hadisəsi baş verib -3 ölü, 9 yaralı var

Şahbuzda ağır yol-nəqliyyat hadisəsi baş verib -3 ölü, 9 yaralı var

05 Sentyabr 2026 / 0:42
4
Zelenski Rusiyanın hava məkanı ilə bağlı açıqlamalar verib

Ukrayna prezidentinin ofisində axtarış aparılıb

04 Sentyabr 2026 / 23:21
10
Zaxarova:“Bu ilk növbədə, İtaliya hökumətinin İtaliya xalqının üzünə tüpürməkdir”

“Silah hipermarketi”: Zaxarova Qərbin Ukraynanı nəyə çevirdiyini söylədi

04 Sentyabr 2026 / 22:23
18
Paşinyan bildirib ki, Ermənistan MDB-nin Türkmənistanda keçiriləcək sammitində iştirak edəcək

Paşinyan bildirib ki, Ermənistan MDB-nin Türkmənistanda keçiriləcək sammitində iştirak edəcək

04 Sentyabr 2026 / 21:56
36
Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04 Sentyabr 2026 / 21:34
30
ABŞ hücum dalğasının tamamlandığını açıqladı

İran ABŞ-dan qoşunları geri çəkməyi və dəymiş ziyanı ödəməyi tələb edib

04 Sentyabr 2026 / 20:12
14
Almaniyada RWE elektrik xətlərinin yaxınlığında raket buraxılış qurğuları tapılıb

Almaniyada RWE elektrik xətlərinin yaxınlığında raket buraxılış qurğuları tapılıb

04 Sentyabr 2026 / 19:51
4
Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu – Video

04 Sentyabr 2026 / 17:58
13
Türk əsgərləri kosovolu uşaqlar üçün oyun meydançası yaradıblar

Türk əsgərləri kosovolu uşaqlar üçün oyun meydançası yaradıblar

04 Sentyabr 2026 / 17:50
1
İranın neft naziri: ABŞ-İsrail tərəfindən hədəf alınan neftayırma zavodları böyük ölçüdə yenidən tikilib

İranın neft naziri: ABŞ-İsrail tərəfindən hədəf alınan neftayırma zavodları böyük ölçüdə yenidən tikilib

04 Sentyabr 2026 / 17:45
6
Baş Prokuror Kamran Əliyev vətəndaşları qəbul etdi – Fotolar

Baş Prokuror Kamran Əliyev vətəndaşları qəbul etdi – Fotolar

04 Sentyabr 2026 / 17:40
7
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilyarım Zelenski ilə bunkerdə necə yaşadığını danışıb

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilyarım Zelenski ilə bunkerdə necə yaşadığını danışıb

04 Sentyabr 2026 / 16:53
3
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

04 Sentyabr 2026 / 16:13
5
Rusiya ordusu Ukraynadakı hədəflərə dəqiq silahlarla kütləvi zərbə endirib

Peskov: Rusiya Vitkoff və Kuşnerin səfərindən əvvəl Ukrayna ilə terror aktlarını müzakirə etmir

04 Sentyabr 2026 / 14:29
25
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razı Nurullayev:”İmtahandan keçən şəxs dövlət qulluğunda işləmək imkanını real şəkildə əldə etməlidir”-Foto

04 Sentyabr 2026 / 14:20
66
İqtisadçı Kuşç: Ukrayna xalqı iki nəsildən sonra praktiki olaraq yox olacaq

İqtisadçı Kuşç: Ukrayna xalqı iki nəsildən sonra praktiki olaraq yox olacaq

04 Sentyabr 2026 / 13:23
13
Putin hərbi münaqişələri təhrik edən halların qlobal praktikadan xaric edilməsinə çağırıb

Daily Express: Putin WEF-də Qərbə xəbərdarlıq etdi

04 Sentyabr 2026 / 13:18
7
Rusiya Müdafiə Nazirliyi: Rusiya Silahlı Qüvvələri Odessa vilayətində elektrik yarımstansiyasını vurub

Rusiya Müdafiə Nazirliyi: Rusiya Silahlı Qüvvələri Odessa vilayətində elektrik yarımstansiyasını vurub

04 Sentyabr 2026 / 13:11
21
Bolqarıstanın baş naziri Radev Avropanın Kiyevə silah tədarükünü ehtiyatsızlıq adlandırıb

Bolqarıstanın baş naziri Radev Avropanın Kiyevə silah tədarükünü ehtiyatsızlıq adlandırıb

04 Sentyabr 2026 / 13:00
14
Axtarişda olan vəzifəli şəxs Azərbaycana ekstradisiya olunacaq

Axtarişda olan vəzifəli şəxs Azərbaycana ekstradisiya olunacaq

04 Sentyabr 2026 / 12:53
8
Beynəlxalq axtarışa olan iki nəfər Azərbaycana gətirildi

Beynəlxalq axtarışa olan iki nəfər Azərbaycana gətirildi

04 Sentyabr 2026 / 12:48
15
Nepalda daşqından sonra 9 gün tuneldə qalan 2 işçi xilas edilib

Nepalda daşqından sonra 9 gün tuneldə qalan 2 işçi xilas edilib

04 Sentyabr 2026 / 12:05
17
Birinci xanım Ərdoğandan Milli Nəbatat Bağına səfər

Birinci xanım Ərdoğandan Milli Nəbatat Bağına səfər

04 Sentyabr 2026 / 11:53
14
Polşa şərq sərhədi boyunca məhdudiyyət zonasını genişləndirir

Polşa şərq sərhədi boyunca məhdudiyyət zonasını genişləndirir

04 Sentyabr 2026 / 11:39
14
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.