Hadisə

Xaçmazda yataqxanada güclü yanğın baş verib -Sakinlər təxliyyə olunub

27 Mart 2025, 16:205
Reklam728x90
Reklam320x100

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasında yanğın olub.

Avropa .info FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600