Kriminal

Üç Azərbaycanlı Rusiyadan Azərbaycana ekstradisiya olunur

11 Mart 2025, 13:3773
Reklam728x90
Reklam320x100

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Abdullayev İframin Elbrus oğlu, Yusufov Emin Boris oğlu və Mehdiyev Natiq İsgəndər oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Avropa.info xəbər verir ki, bu barədə Baş Prokurorlugun mətbuat xidməti məlumat yayıb.

Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600