Dünya

Türkiyədə guçlu külək hava limanlarinda problemlər yaradib

23 Noyabr 2024, 16:569
Reklam728x90
Reklam320x100

Türkiyənin İstanbul, Ankara, Antalya şəhərlərində əlverişsiz hava şəraiti təyyarələrin hərəkətində problemlər yaradıb.

İstanbulda təsirli olan cənub-qərb küləyi və şiddətli yağış səbəbindən təyyarələr təxminən 2 saat ərzində Sabiha Gökçen hava limanına enə bilməyib.

Bu barədə Avropa .info Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, təyyarələr havada fırlanmağa davam edib. Yanacağı bitməkdə olan “Pegasus”, “AJet” və digər hava yollarına məxsus təyyarələr isə digər hava limanlarına təcili eniş etməli olub.

Həmçinin hava limanlarında uçuşlarda fasilələr yaranıb, bəzi reyslər ləğv edilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600