Dünya

Türkiyə Ukraynaya ordu göndərməyəcək-Aciqlama

18 Mart 2025, 05:1265
Reklam728x90
Reklam320x100

Türkiyə hərbi kontingentinin Ukraynaya göndərilməsi ilə bağlı heç bir qərar verməyib.

Avropa.info xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbələrə istinadən məlumat yayıb

“Bu məsələ ilə bağlı konkret heç nə, heç bir qərar yoxdur”, – deyə məlumatda qeyd olunub.

Mənbə onu da yazır ki, Böyük Britaniya və Fransa öz qoşunlarını Ukraynada yerləşdirməyi planlaşdırır. Ölkə liderləri bu yolla Kiyevin təhlükəsizlik zəmanəti alacağını iddia edirlər.

Qeyd edək ki, martın 13-də “Bloomberg” agentliyi Türkiyənin Avropa ölkələrinə genişmiqyaslı müdafiə sahəsində əməkdaşlıq planı təklif etdiyini və bu plana Ukraynaya qoşun göndərmək də daxil olduğunu yazmışdı.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600