Hadisə

Türkiyə cökən binada son vəziyyət -2 nəfərin axtarışı davam edir

25 Yanvar 2025, 11:2711
Reklam728x90
Reklam320x100

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Konya şəhərində bina çöküb. Nəticədə binada olan 5 nəfərdən üçü xilas edilib, digər iki nəfərin axtarışları isə davam etdirilir.

Avropa .info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) hadisə yerinə axtarışlar üçün 200 nəfərlik canlı qüvvə cəlb edib.

Bununla yanaşı, axtarış-xilasetmə əməliyyatında itlərdən də istifadə edilir.

Binada olan sözügedən 5 nəfərin eyni ailənin üzvləri olduğu da məlum olub. Hazırda xilas edilən üç nəfərin xəstəxanada müalicəsi davam etdirilir.

Eyni zamanda, hadisə ilə əlaqəli olmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

 




Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600