Dünya

Texasda daşqınlar nəticəsində ölənlərin sayı 119-a çatıb

10 İyul 2025, 10:4234
Reklam728x90
Reklam320x100

ABŞ-ın Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 119-a çatıb.

Avropa.info xəbər verir ki, Texas ştatının Kerr qraflığındakı yerli mənbələr iyulun 4-də yağan güclü yağışlar nəticəsində baş verən  sel fəlakətində  ölənlərin sayı ilə bağlı açıqlama yayıb .

Səlahiyyətlilər, sözügedən daşqınlarda həyatını itirənlərin sayının 119-a yüksəldiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Səlahiyyətlilər daşqınlarda ən çox ölənlərin 36-sı uşaq olmaqla 95 nəfərin həyatını itirdiyi Kerr bölgəsində baş verdiyinə dair məlumatları paylaşıb.

İyulun 4-də ABŞ-ın cənubunda Texas ştatında yağan qəfil leysan yağışlar nəticəsində Kerr bölgəsində Qvadalupe çayı daşaraq daşqınlara səbəb olub.

Texas qubernatoru Gregg Abbott X hesabında yazdığı bir yazıda dağıdıcı daşqınlarla mübarizə üçün bütün resursları səfərbər etdiklərini, yerli rəsmilər isə fəlakət bölgəsində 50 minə yaxın insanın olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

ABŞ  prezidenti Donald Tramp Kerr qraflığını daşqın səbəbindən fəlakət bölgəsi elan edib.

Ştatdakı Respublikaçı yerli məmurlar, Prezident Trump-ın qənaət siyasətinin bir hissəsi olaraq büdcəsini kəsdiyi  Milli Hava Xidmətini (NWS)  fəlakətdən əvvəl adekvat xəbərdarlıq və dəqiq proqnozlar vermədiyinə görə tənqid etdi.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600