21 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ

Avqust 7, 2026
Siyasət
A A

Prezident İlham Əliyevin ötən ilin 8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri çərçivəsində əldə edilən  sülh razılaşmasından bir il keçir. Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən son qoyulduğu, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığı bu səfər mühüm məqamları ilə tarixə yazıldı. Səfər  ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında tarixi əhəmiyyətə malikdir. Əldə olunmuş uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş, imzalanan Birgə Bəyannamə təkcə Cənubi Qafqazda sabitliyin təminatı baxımından deyil, bütövlükdə müasir dünyamızda həllini gözləyən bir çox münaqişələr üçün dönüş nöqtəsi kimi dəyərləndirildi. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsasən ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Azərbaycan sülh və təhlükəsizlik tərəfdarı olduğunu təsdiqlədi. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması sülh razılaşmasının imzalanmasına etibarlı, hüquqi keçid oldu. Vaşinqton görüşlərində illərdən bəri uğursuz, səmərəsiz fəaliyyəti ilə diqqətdə  olan Minsk qrupunun tərəflərin birgə razılığı ilə ləğv olunması sülhə doğru atılan mühüm addım kimi dəyərləndirildi.  Bəyannamədə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz əlaqənin yaradılması, Ermənistanın beynəlxalq ticarət şəbəkəsinə çıxışını təmin edəcək bəndlər yer aldı. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi  haqqında razılaşma da həmin səfərin  uğurlu nəticələri sırasında oldu. Dövlət başçısı İlham Əliyev həmin səfər çərçivəsində   Azərbaycanın media nümayəndələrinə müsahibəsində bir daha bildirdi ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir.

ABŞ-ın keçmiş prezidenti Baydenin yarıtmaz komandasından fərqli olaraq Tramp Administrasiyası tərəfindən “Azadlığa Dəstək Aktı”na əlavə olunan 907-ci düzəlişin icrasının dayandırılması Prezident İlham Əliyevin daha bir diplomatik qələbəsi oldu. Bayden Administrasiyası dövrünün reallıqları məlumdur.   Azərbaycanın regionda aparıcı dövlət olmasını, potensialını düzgün qiymətləndirməyən Bayden Administrasiyası həyata keçirdiyi destruktiv siyasətlə ardıcıl şəkildə Azərbaycanla əlaqələrin zəifləməsində maraqlı olduğunu açıq-aydın nümayiş etdirdi. Donald Tramp Prezident seçildikdən sonra ABŞ-ın xarici siyasətində köklü dəyişikliklərə rəvac vermiş, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi dünyada sülh, barış yolunu tutmuş və dünya ölkələri ilə münasibətlərində də məhz bu amili əsas götürmüşdür. Bayden administrasiyasından fərqli olaraq Prezident Tramp daha rasional, zamanın tələblərinə uyğun siyasət yürütmüş, bunun tərkib hissəsi kimi ölkəsinin Azərbaycanla əlaqələrini yenidən qiymətləndirmiş, Azərbaycanla əlaqələrinin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürmüş və həyata keçirməyə başlamışdır. Buna görə də ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında   sülhün bərqərar olması biri-birini tamamlayır və vahid bir prosesin tərkib hissələri kimi qiymətləndirilir.

Dövlət başçısı  İlham Əliyevin siyasi uzaqgörənliyi illərdən bəri ölkəmizə qarşı aparılan təxribatların iflası, həqiqətin yalanlar üzərində qələbəsi oldu. Vaşinqtonda imzalanan Bəyannamədə Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiqləndi. Bu, ölkə Prezidentinin beynəlxalq aləmdə qazandığı etimadın, diplomatik uğurlarının daha bir təsdiqi oldu. ABŞ Prezidenti Donald Trampın, Prezident  İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Ağ Evdə mətbuata birgə bəyanatları qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi qiymətləndirildi. ABŞ Prezidenti Donald Tramp mətbuata bəyanatında bildirmişdi ki, bu ölkələr uzun illər ərzində – 35 il müharibə şəraitində olublar. İndi isə onlar dostdur və bundan sonra uzun müddət dost qalacaqlar. Dövlət başçısı İlham Əliyev vurğulamışdı ki,  bu gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq: “Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir – qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə. Bu günədək bu sahələrdə əməkdaşlığımız olub və  gələcəkdə də fəal əməkdaşlığımız olacaqdır. Bu, Azərbaycan üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, bu gün olduğu kimi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır”.

ABŞ Prezidentinin Ağ Evin rəmzi açarını dünya siyasətində qətiyyətli mövqeyi, zəngin təcrübəsi ilə böyük nüfuz qazanan Prezident İlham Əliyevə təqdim etməsi ABŞ-Azərbaycan əlaqələrinə verilən dəyər, dövlət başçımıza şəxsi hörmət və etimadın ifadəsi idi. Son bir ildə Azərbaycan-ABŞ münasibətlərinin inkişafında əhəmiyyətli addımlar davamlılığı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev ötən ay keçirilən IV Şuşa Qlobal Media Forumundakı çıxışında diqqəti Azərbaycan-ABŞ münasibətlərinin hazırkı inkişaf səviyyəsinə yönəldərək bildirdi ki, ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik.

Sülh müqaviləsinin beynəlxalq hüquqa əsaslanan şərtlərinin müəllifi və təşəbbüskarı Azərbaycandır. Prezident İlham Əliyev həm müharibədə, həm də sülhdə qələbə qazandı. Azərbaycanla Ermənistan arasında  ABŞ-da sülh müqaviləsinin paraflanması uzun bir prosesin məntiqi nəticəsi olmuş, Ermənistan sülhə məcbur edilmiş və paraflanma ABŞ-ın vasitəçiliyi ilə baş tutmuşdur. Azərbaycan sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Ermənistan hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, bu, belə deyil. 2020-ci ildən əvvəl Ermənistanın işğalı genişləndirmək planları, müharibə dövründə Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması, 44 günlük müharibədən sonra Ermənistanın revanşist planları, 2023-cü ildə antiterror əməliyyatından sonra Paşinyanın reallıqları anlaması və sülhə məcbur edilməsi bunun təsdiqidir.  Ermənistan heç də özünü təqdim etdiyi kimi sülh tərəfdarı olmayıb, məhz Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü siyasəti, Azərbaycanın qələbəsi, gücü Ermənistanı sülhə məcbur edib. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də sülhün müəllifidir. İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqləndi. Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından cəmi iki il sonra Ermənistanı sülhə məcbur etdi. 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi və müharibədə qalib olan dövlət başçımızın sülhdə də qələbəsidir. Prezident İlham Əliyev müharibədə qalib olaraq və Ermənistanı sülhə məcbur edərək yeni reallıq yaratdı. Bugünkü sülh, təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, konstitusion islahatlara razı olması və bu istiqamətdə iş aparması bunun nəticəsidir. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının dəyişilməsi ilə Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhə nail olunacaq. Prezident İlham Əliyev ötən il ABŞ-a işgüzar səfəri zamanı mətbuata bəyanatında bu çağırışı etmişdi ki, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq.

Ümumiləşdirilmiş şəkildə  qeyd edək ki, Vaşinqton sammitindən ötən bir ildə  Cənubi Qafqazda sülhün və regional inteqrasiyanın möhkəmləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olundu. Prezident İlham Əliyevin “Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib”, – fikirləri bu reallığın təsdiqidir.

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

Əvvəlki Yazı

Yaltada Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater sahilə çıxıb

Növbəti Yazı

Səudiyyə Ərəbistanının müdafiə naziri: Məkkə Müdafiə Sazişi regionun və dünyanın təhlükəsizliyinə töhfə verir

XƏBƏR LENTİ

Yardımlı gənclərinin təhsil uğurlarına dəstək: Məzunlarla görüş keçirilib – FOTO

Yardımlı gənclərinin təhsil uğurlarına dəstək: Məzunlarla görüş keçirilib – FOTO

21 Sentyabr 2026 / 13:36
11
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

21 Sentyabr 2026 / 13:16
7
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:”“İran özü hazırda taleyinin ölüm-qalım dilemmasını yaşayır”

21 Sentyabr 2026 / 12:28
55
İsraillə əlaqəli forex fırıldaqçılığı: 211 şübhəli ədliyyəyə sövq edildi

İsraillə əlaqəli forex fırıldaqçılığı: 211 şübhəli ədliyyəyə sövq edildi

21 Sentyabr 2026 / 11:55
8
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev:”“Vətəndaşlarla qurumlar arasında olan mübahisələrdə dövlət qurumu birmənalı olaraq qalib gəlir”

21 Sentyabr 2026 / 11:47
70
Yunan mediası: Ərdoğan Afinaya müraciət etmir

Yunan mediası: Ərdoğan Afinaya müraciət etmir

21 Sentyabr 2026 / 10:01
10
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayir

21 Sentyabr 2026 / 9:51
22
Britaniya Avropa İttifaqına qayıdır? Bütün zamanların ictimaiyyətdən ən böyük dəstəyi

Britaniya Avropa İttifaqına qayıdır? Bütün zamanların ictimaiyyətdən ən böyük dəstəyi

21 Sentyabr 2026 / 9:43
26
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

21 Sentyabr 2026 / 9:36
22
Yaponiyada güclü tayfun xəbərdarlığı verilib

Yaponiyada güclü tayfun xəbərdarlığı verilib

21 Sentyabr 2026 / 9:23
11
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

Tramp: Mən bütün İranı partlada bilərəm

21 Sentyabr 2026 / 9:17
16
Almaniyada keçirilən Berlin Dövlət Şurası seçkilərində Sol Partiya 25,7 faiz səslə qalib gəlib

Almaniyada keçirilən Berlin Dövlət Şurası seçkilərində Sol Partiya 25,7 faiz səslə qalib gəlib

21 Sentyabr 2026 / 9:11
11
Pakistan: Biz ABŞ və İranın danışıqlar masasına qayıtmasında israr edirik

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: İranın danışıqlar masasına qayıtması üçün qapı açıqdır

21 Sentyabr 2026 / 9:08
14
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Politoloq Kaçanovski: Zelenski Goebbels modelini kopyalayır

21 Sentyabr 2026 / 9:03
24
Tokayev Putini Dövlət Dumasına uğurlu seçkilər münasibətilə təbrik edib

Tokayev Putini Dövlət Dumasına uğurlu seçkilər münasibətilə təbrik edib

21 Sentyabr 2026 / 8:55
19
Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib-Video

Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib-Video

21 Sentyabr 2026 / 8:49
29
Almaniyanın başqa bir ştatında keçirilən seçkidə AfD qalib gəlib

Almaniyanın başqa bir ştatında keçirilən seçkidə AfD qalib gəlib

21 Sentyabr 2026 / 8:37
15
Bessent: ABŞ Çinlə süni intellekt və ticarətlə bağlı uğurlu danışıqlar aparıb

Bessent: ABŞ Çinlə süni intellekt və ticarətlə bağlı uğurlu danışıqlar aparıb

21 Sentyabr 2026 / 8:27
22
Trampın müxaliflərinin işində ən yüksək səviyyəli prokuror gözlənilmədən istefa verdi

ABŞ Avropanı Ukraynadakı sülh prosesində daha fəal iştirak etməyə çağırıb

21 Sentyabr 2026 / 8:15
24
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”Qərbin türk-İslam dünyasına münasibətində dəyərlər deyil, siyasi təsir vasitələri əsas rol oynayır”

21 Sentyabr 2026 / 8:01
75
Axios: Tramp Zelenskidən Rusiya neftayırma zavodlarına hücumları dayandırmasını istədi

Axios: Tramp Zelenskidən Rusiya neftayırma zavodlarına hücumları dayandırmasını istədi

21 Sentyabr 2026 / 7:47
3
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

21 Sentyabr 2026 / 7:31
11
Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər ölüb

Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər ölüb

21 Sentyabr 2026 / 6:06
9
Misir Süveyş kanalının “təhlükəsiz” olduğunu elan etdi

Misir Süveyş kanalının “təhlükəsiz” olduğunu elan etdi

21 Sentyabr 2026 / 6:00
12
Danimarka: ABŞ ilə əldə olunan Qrenlandiya razılaşmasında ‘qırmızı xətlərə’ hörmət edilib

Danimarka: ABŞ ilə əldə olunan Qrenlandiya razılaşmasında ‘qırmızı xətlərə’ hörmət edilib

21 Sentyabr 2026 / 5:50
13
Alyaskada 6,5 bal gücündə zəlzələ baş verib

Türkiyənin Adanada Vilayətində 5 bal gücündə zəlzələ baş verib

21 Sentyabr 2026 / 5:45
10
23 saatlıq əməliyyat – 100 illik separatizmə son qoyan Zəfər

23 saatlıq əməliyyat – 100 illik separatizmə son qoyan Zəfər

20 Sentyabr 2026 / 13:13
11
Trampın müxaliflərinin işində ən yüksək səviyyəli prokuror gözlənilmədən istefa verdi

ABŞ Yaxın Şərq üçün təhlükəsizlik xəbərdarlığı edib

20 Sentyabr 2026 / 8:49
0
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

20 Sentyabr 2026 / 3:16
1
Vüqar Rəhimzadə: “Türk dünyasının birliyi qlobal arenada yeni güc mərkəzi formalaşdırır”

Vüqar Rəhimzadə: “Türk dünyasının birliyi qlobal arenada yeni güc mərkəzi formalaşdırır”

19 Sentyabr 2026 / 15:46
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.