Dünya

Təyyarəsi qəzaya düşən şirkət üzr istədi

29 Dekabr 2024, 09:1127
Reklam728x90
Reklam320x100

Cənubi Koreyanın Muan şəhərində təyyarəsi qəzaya uğrayan “Jeju Air” hadisəyə görə üzr istəyib.

Avropa.info “Yonhap agentliyinə” istinadən xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.

“Biz bu qəzanın nəticələrini aradan qaldırmaq üçün əlimizdən gələni edirik və yaranmış narahatlığa görə üzr istəyirik”, – şirkətdən bildiriblər.

“Jeju Air” də fəlakətin səbəbini müəyyən etmək üçün çalışdıqlarını qeyd edib.

Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi Banqkokdan gedərkən Muan Beynəlxalq Hava Limanında (Cənubi Koreya) qəzaya uğrayıb . İlkin məlumata görə, təyyarədə olan 181 nəfərin demək olar ki, hamısı həlak olub

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600