28 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə İqtisadiyyat

Şuşada beynəlxalq forum keçirilib

Oktyabr 10, 2024
İqtisadiyyat
A A
Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin maliyyə kəşfiyyatı orqanlarının təmsil olunduğu “Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forumda əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Avropa.info xəbər verir ki, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini, Təşkilatın üzv və müşahidəçi ölkələrinin maliyyə monitorinqi orqanlarının nümayəndələri və digər qonaqlar “Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycana səfər ediblər.

Qonaqlar Bakıda Fəxri xiyabanda türk dünyasının böyük oğlu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülüb və əziz xatirəsi anılıb.

Türk xalqları arasında qardaşlıq və dostluq münasibətlərinin, eləcə də tarixi və mədəni əlaqələrin inkişaf etdirilməsi, habelə türk dövlətlərinin cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə Şuşa şəhərində keçirilən Forum, həm də Maliyyə Monitorinqi Xidmətinin (MMX) yaradılmasının 15 illiyinə həsr edilib.

Forumda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin maliyyə kəşfiyyatı orqanları təmsil olunub. Tədbir çərçivəsində panel müzakirələr keçirilib, maliyyə kəşfiyyatı orqanlarının qarşılıqlı fəaliyyəti və qabaqcıl təcrübələrin tətbiqi haqqında fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov türk dövlətləri başçılarının ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi istiqamətində təşəbbüslərinin önəmini vurğulayıb. Qeyd edilib ki, forumun azad Şuşada keçirilməsi türk dövlətləri arasında tərəfdaşlığın inkişafı baxımından xüsusilə əlamətdardır.

Türk Dövlətləri Təşkilatının rəsmisi Ömər Kocaman türk dünyası ölkələri arasında dərin tarixi, mədəni və sosial əlaqələri qeyd edib, münasibətlərin maliyyə cinayətləri ilə mübarizə sahəsində də gücləndirilməsinin əhəmiyyətindən danışıb.

MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sisteminin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində atılmış addımlar və beynəlxalq əməkdaşlıq haqqında iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, maliyyə cinayətlərinə qarşı mübarizədə türk dövlətləri arasında tərəfdaşlıq önəm kəsb edir. Forumda türk dövlətlərinin maliyyə cinayətlərinə qarşı əməkdaşlığına həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri təmsil etdikləri ölkələrin cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə təcrübəsi barədə çıxış ediblər.

Forumda MMX tərəfindən tətbiq olunan qabaqcıl texnologiyalar və süni zəka əsasında hazırlanmış Şübhəli Əməliyyatların Monitorinqi Sistemi (ŞƏMS) təqdim edilib. Proqram təminatı 17 moduldan ibarətdir.

Bu yeni proqram təminatında müasir standartlara cavab verən uçot və hesabatlılıq sistemi yaradılıb, digər dövlət qurumları ilə inteqrasiya təmin edilib, təhlil işlərində yeni innovativ tətbiqlərdən və vizuallaşdırmadan istifadə olunmuşdur. Məlumat bazasının tamlığının təmin edilməsi üçün çarpaz yoxlamalar və risklərin idarə olunması sistemi yaradılıb, ölkənin və fəaliyyətin spesifikliyinə uyğun proqram təminatında təkmilləşdirmələrin operativ aparılması imkanı yaradılıb.

Münasibətlərin avtomatlaşdırılmasının təkmilləşdirilməsi, proseslərin idarə olunmasının asanlaşdırılması məqsədilə proqram təminatının istifadəçilərinin, yəni öhdəlik daşıyan şəxslər, nəzarət və hüquq-mühafizə orqanlarının elektron qeydiyyatı sistemi yaradılıb. Rahat elektron qeydiyyat sisteminin tətbiqindən qısa müddət keçməsinə baxmayaraq, ümumiyyətlə əvvəl istifadədə olmuş sistemdə qeydiyyatdan keçmiş şəxslərdən 54 faiz çox öhdəlik daşıyan şəxs qeydiyyatdan keçirilib.

“Davamlı əməkdaşlığın gələcəyi” mövzusunda müzakirələrin nəticəsi olaraq, türk dövlətlərinin maliyyə kəşfiyyatı orqanları “Şuşa Təşəbbüsü”nü yekdilliklə qəbul ediblər. “Şuşa Təşəbbüsü”ndə məqsəd türk xalqları arasında maliyyə cinayətlərinə qarşı mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.

 

Əvvəlki Yazı

Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi

Növbəti Yazı

İsrail Zəngəzuru Azərbaycan ərazisi kimi tanidi

XƏBƏR LENTİ

ASELFLIR-500 Cənubi Afrika istehsalı olan Mwari təyyarələrinə inteqrasiya olunub

ASELFLIR-500 Cənubi Afrika istehsalı olan Mwari təyyarələrinə inteqrasiya olunub

28 İyul 2026 / 12:59
1
Rusiyanın Novosibirsk vilayətində güclü zəlzələ baş verib

Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib

28 İyul 2026 / 12:52
6
Trampın Türkiyəyə F-35 satışı ilə bağlı açıqlaması

Trampın Türkiyəyə F-35 satışı ilə bağlı açıqlaması

27 İyul 2026 / 22:32
9
Stas Pyexa Sevil Əliyeva ilə görüşdü – “Ana” mahnısını oxudu-Video

Stas Pyexa Sevil Əliyeva ilə görüşdü – “Ana” mahnısını oxudu-Video

27 İyul 2026 / 22:24
5
Elbrusda rusiyalı alpinistin cəsədi xilasedicilər tərəfindən tapılıb

Elbrusda rusiyalı alpinistin cəsədi xilasedicilər tərəfindən tapılıb

27 İyul 2026 / 18:23
12
Amerikalı aktyor Mark Ruffalo: Netanyahu manyak qatildir

Amerikalı aktyor Mark Ruffalo: Netanyahu manyak qatildir

27 İyul 2026 / 18:14
4
Rusiyadan bir sıra  ölkələrə onlayn pul köçürmələrini dayandırıb

Rusiyadan bir sıra ölkələrə onlayn pul köçürmələrini dayandırıb

27 İyul 2026 / 17:48
12
İraqın baş naziri Zeydi Türkiyəyə gəlir

İraqın baş naziri Zeydi Türkiyəyə gəlir

27 İyul 2026 / 17:42
4
Baş nazir Əli Əsədov qərar imzalayıb

Baş nazir  Əli Əsədov  qərar imzaladı

27 İyul 2026 / 17:04
2
Müdir maaşa görə etiraz edən işçini döyüb? – VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – VİDEO

27 İyul 2026 / 15:27
14
İsrailin Qəzzada blokadası tibb işçilərinin və xəstələrin daşınmasını dayandırıb

İsrailin Qəzzada blokadası tibb işçilərinin və xəstələrin daşınmasını dayandırıb

27 İyul 2026 / 15:17
4
Ukrayna Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında sutka ərzində 1,4 minə yaxın hərbi qulluqçusunu itirib

Ukrayna Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında sutka ərzində 1,4 minə yaxın hərbi qulluqçusunu itirib

27 İyul 2026 / 14:48
6
Elbrus dağında ölən üç Bosniyalı alpinistin cəsədi tapılıb

Elbrus dağında ölən üç Bosniyalı alpinistin cəsədi tapılıb

27 İyul 2026 / 14:35
8
Ukrayna Aİ-yə Bandera bayrağı altında daxil olmayacaq – Polşa Müdafiə Naziri

Ukrayna Aİ-yə Bandera bayrağı altında daxil olmayacaq – Polşa Müdafiə Naziri

27 İyul 2026 / 13:00
13
CENTCOM-dan Trampa çağırış: Hörmüz boğazında zərbələr dayandırılsın

İran Hörmüz boğazında alternativ yoldan keçməyə çalışan 6 gəmini sistemlərini bağlayaraq dayandırıb

27 İyul 2026 / 12:49
5
ABŞ səfiri: Tramp diplomatik danışıqlar üçün məkan yaratmaq üçün İrana hücumları dayandırıb

ABŞ səfiri: Tramp diplomatik danışıqlar üçün məkan yaratmaq üçün İrana hücumları dayandırıb

27 İyul 2026 / 12:17
7
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Deputat Razı Nurullayev:“Çeviklik İş Yükünün Artması Deyil”

27 İyul 2026 / 11:22
83
Zelenski Baş komandanla nazirliyin qarşıdurmasını rəsmən etiraf etdi

Zelenski Baş komandanla nazirliyin qarşıdurmasını rəsmən etiraf etdi

27 İyul 2026 / 11:13
7
Fransa rəsmi olaraq ABŞ-ın artıq “insan hüquqlarının çırağı” olmadığını bəyan edib

Fransa rəsmi olaraq ABŞ-ın artıq “insan hüquqlarının çırağı” olmadığını bəyan edib

27 İyul 2026 / 10:50
6
Mendel: “Zelenskinin siyasəti axmaqliqdır, qeyri-insanidir və yalnız eskalasiyaya gətirib çıxarır”

Mendel: “Zelenskinin siyasəti axmaqliqdır, qeyri-insanidir və yalnız eskalasiyaya gətirib çıxarır”

27 İyul 2026 / 10:41
18
Qolos Armeniya:”Prezident Vaaqn Xaçaturyan faktiki olaraq siyasi gündəmdən kənarda qalib”

Qolos Armeniya:”Prezident Vaaqn Xaçaturyan faktiki olaraq siyasi gündəmdən kənarda qalib”

27 İyul 2026 / 10:24
8
Avropada həddindən artıq istilər və meşə yanğınları: Minlərlə insan təxliyə edildi

Yakutiyada meşə yanğını Eyik kəndinə yaxınlaşıb

27 İyul 2026 / 10:15
11
Ordumuzun daha bir giziri vəfat etdi

Ordumuzun daha bir giziri vəfat etdi

27 İyul 2026 / 10:05
16
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Ağcabədidə 33 yaşlı gənc kanalda batıb

27 İyul 2026 / 9:56
8
Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

Selena ki,:”İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər”

27 İyul 2026 / 9:44
5
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib – Fotolar

Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib – Fotolar

27 İyul 2026 / 9:36
9
Netanyahu hökuməti:Vaşinqton İsrail Müdafiə Qüvvələrinin üç cəbhədə “bir sıra geri çəkilmələr” həyata keçirməsində maraqlıdır

Netanyahu hökuməti:Vaşinqton İsrail Müdafiə Qüvvələrinin üç cəbhədə “bir sıra geri çəkilmələr” həyata keçirməsində maraqlıdır

27 İyul 2026 / 9:32
12
Almanların 70 faizi ölkəni qorumaq üçün orduya etibar etmir

Almanların 70 faizi ölkəni qorumaq üçün orduya etibar etmir

27 İyul 2026 / 9:21
11
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:“Hazırkı mərhələdə Rusiya heç bir ərazi güzəştinə getmək istəmir və müharibəni davam etdirməkdə kararlıdır”

27 İyul 2026 / 9:05
89
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Vüqar Dadaşov:”Tramp Rusiyanı çöküşdən xilas etmək istəyr”

27 İyul 2026 / 8:53
107
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.