Dünya

Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara Türkiyədə səfərdədir

4 Fevral 2025, 18:5514
Reklam728x90
Reklam320x100

 

Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara Türkiyədə səfərdədir.

Avropa.info xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada, Prezident Kompleksində qonağı qəbul edir.

İkitərəfli görüş və heyətlər arasında rəsmi ziyafətdən sonra Ərdoğan və Şaraa birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bu, 18 ildən sonra Türkiyəyə Suriya liderləri tərəfindən ilk səfərdir.

Sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib.

Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600