21 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Suriyadakı proseslərin tam olaraq Türkiyənin istək və nəzarəti ilə davam etdiyinə sübutdur”-Vüqar Dadaşov

Dekabr 17, 2024
Siyasət
A A

Suriyanın Zəngəzur dəhlizi ilə nə əlaqəsi var? Rusiya Suriyada hərbi mövcudluğunu davam etdirəcək?!

Türkiyə və ABŞ – nın bir başa iştirakı ilə Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra, Rusiyanın Suriyada Tartusdakı hərbi dəniz, Xmeymimdəki hərbi hava bazaları ölkədə mövcudluğunu davam etdirə bilər. Heç şübhəsiz ki, Bəşər Əsəd rejimini ayaq üstə saxlayan Rusiya və İranın hərbi qüvvələrinin ölkədən çıxarılması təbii görünür. Ancaq, regiondakı proseslər və mövcud geosiyasi vəziyyət fərli qənaəti ortaya çıxarır.

Bunu Avropa.info-ya Milli Cəphə Partiyasinin (MCP) Başqan müavini, Hüquqşunas Vüqar Dadaşov deyib.

O qeyd edib, Bəşər Əsəd rejimi devrildikdən dərhal sonra, ilk olaraq Türkiyə kəşfiyyat rəhbəri İbrahim Kalının Dəməşqə səfəri, ABŞ dövlət katibi Entoni Blinkenin isə Ankaraya səfəri Suriya hökümətinin formalaşmasının Türkiyədə həll edilməsini və bu barədə Entoni Blinkenin açıqlaması
Suriyadakı proseslərin tam olaraq Türkiyənin istək və nəzarəti ilə davam etdiyinə sübutdur. Məlumat var ki, Türkiyə Suriyada Bəşər Əsəd rejiminin devrilməsini Rusiya ilə razılaşdırıb.

Bəşər Əsədin Rusiya qaçırılması və onu aparan təyyarəsinin təhlükəsizliyinə Türkiyənin zamanəti ortadadır. Üstəlik, Türkiyə prezidenti cənab Ərdoğanın Qaziantepedə Rusiya prezidenti Vladimir Putin haqqında dedikləri və Rusiyanın Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra rus qoşunlarının təhlükəsizliyi və ölkədən çıxarılmasında Türkiyəyə xahişi deyilən sövdələşmənin mövcudluğuna inam artırır. Əlbəttəki, Rusiya hərbi bazalarının Suriyada mövcudluğunun təkcə Bəşər Əsəd rejiminin devrilməsinə Rusiyanın razılığının verilməsi müqabilinə, ağırlığına uyğun gəlmir. Olsun ki, Suriyada Rusiyanın hərbi mövcudluğunun davamı müqabilində, Zəngəzur dəhlizinin açılması və dəhlizin təhlükəsizliyi üçün Azərbaycan və Türkiyənin nəzarətində bufer zonanın yaradılması razılaşma predmetidir. Suriya ilə bağlı Türkiyə və Rusiya ilə hər hansı razılaşma olubsa, bu razılaşma mütləq Ukraynada gedən müharibəni də əhatə edir.

Qaldı ki, Rusiyanın Suriyadakı hərbi bazalarının mövcudluğunun davamının hüquqi əsaslarına, əlbəttə ki, Rusiya öz hərbi bazalarının Suriyada yerləşməsini Bəşər Əsədlə yox, müvafiq beynəlxalq müqavilə ilə Suriya dövləti ilə 49 il müddətinə və sonradan 25 il uzadılması imkanı ilə razılaşdırıb. Yeri gəlmişkən, Tartusdakı hərbi baza hələ SSRİ dövründə, 1971-ci ildə ikitərəfli razılaşma əsasında yaradılıb. Sözsüz ki, Rusiya ilə beynəlxalq müqavilənin denonsasiyasını Suriyanın yeni hpküməti bir tərəfli qaydada həyata keçirə bilər, o şərtlə ki, müqavilə şərtlərində denonsasiya nəzərdə tutulubsa. Ancaq, Rusiyanın belə mahiyyətli müqavilə imzalaması inandırıcı deyil. Bu arada da Kremildən verilən məlumata görə, Rusiya Suriyanın yeni hakimiyəti ilə hərbi bazalarının saxlanılması üçün danışıqlar aparır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransında da “Rusiya və ya hər hansı bir ölkənin hərbi bazalarının Suriyada qalıb-qalmaması məsələsi iki tərəf arasında həll edilməlidir” – deyə bildirib.

Belə gedişlə, Rusiya Suriyada öz hərbi mövcudluğunu qoruya bilər təbii ki, ancaq Türkiyə ilə razılaşmali

Suriyada Bəşər Əsəd rejiminin devrilməsində İsrailin iştirakı ilə bağlı müəyyən fikirlər var və hətta İsrail baş naziri Benyamin Netanyahu belə bir açıqlamada verib. Ancaq, Bəşər Əsəd rejiminin devrilməsindən sonra əldə olunan sənədlər Bəşər Əsəd rejiminin İsraillə əməkdaşlığı, xüsusi xidmət orqanlarının birgə fəaliyyətuni təsdiq edən sənədlər aşkar edilib. Əlbəttəki, İsrail yaranmış vəziyyətsən fürsətçilik də edə bilər.

İranın Suriyada hərbi mövcudluğu sona yetib, İranın İraqdan da çıxarılması növbəti mərhələdə baş tutacaq.

Avropa.info

Əvvəlki Yazı

“Ölkəmizdən bütün məhdudiyyətlərin götürülməsinə çağırırıq ki, dirçələ bilək”-Əbu Məhəmməd əl-Culani

Növbəti Yazı

“Türkiyəli nazirin nikbinliyi başa düşüləndir”-Markedonov

XƏBƏR LENTİ

23 saatlıq əməliyyat – 100 illik separatizmə son qoyan Zəfər

23 saatlıq əməliyyat – 100 illik separatizmə son qoyan Zəfər

20 Sentyabr 2026 / 13:13
8
Trampın müxaliflərinin işində ən yüksək səviyyəli prokuror gözlənilmədən istefa verdi

ABŞ Yaxın Şərq üçün təhlükəsizlik xəbərdarlığı edib

20 Sentyabr 2026 / 8:49
0
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

20 Sentyabr 2026 / 3:16
0
Vüqar Rəhimzadə: “Türk dünyasının birliyi qlobal arenada yeni güc mərkəzi formalaşdırır”

Vüqar Rəhimzadə: “Türk dünyasının birliyi qlobal arenada yeni güc mərkəzi formalaşdırır”

19 Sentyabr 2026 / 15:46
4
Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib

Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib

19 Sentyabr 2026 / 10:26
9
Türk dünyasının birliyində yeni mərhələ: Mənəvi həmrəylik ön plana çıxır

Türk dünyasının birliyində yeni mərhələ: Mənəvi həmrəylik ön plana çıxır

18 Sentyabr 2026 / 19:45
159
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 min 404-ə yüksəlib

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 min 404-ə yüksəlib

18 Sentyabr 2026 / 14:08
5
Avstraliyada köpək balığının hücumu nəticəsində bir nəfər ölüb

Avstraliyada köpək balığının hücumu nəticəsində bir nəfər ölüb

18 Sentyabr 2026 / 13:50
3
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

18 Sentyabr 2026 / 11:09
11
Cənubi Koreyadan açıqlama: “Hörmüz boğazına qoşun göndərməyəcəyik”

Cənubi Koreyadan açıqlama: “Hörmüz boğazına qoşun göndərməyəcəyik”

18 Sentyabr 2026 / 10:59
17
TikTok qurucusu Asiyanın ən varlı adamı oldu

TikTok qurucusu Asiyanın ən varlı adamı oldu

18 Sentyabr 2026 / 10:49
11
Rusiya HHM Qüvvələri bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 292 pilotsuz təyyarəni Rusiya bölgələri üzərində vurub.

Rusiya HHM Rostov vilayətinə gecə hücumu: hava hücumundan müdafiə qüvvələri 50-dən çox PUA-nı vurdu

18 Sentyabr 2026 / 9:09
2
Afrika gözlənildiyindən daha sürətlə parçalanır: Yeni okean yaranacaq

Afrika gözlənildiyindən daha sürətlə parçalanır: Yeni okean yaranacaq

18 Sentyabr 2026 / 8:56
17
İsrail ordusu Livanın cənubundakı qəsəbələrə hücum edib

İsrail ordusu Livanın cənubundakı qəsəbələrə hücum edib

18 Sentyabr 2026 / 8:46
14
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev:“Amma əməkdaşlıq o demək deyil ki, Azərbaycan öz milli maraqlarından və müstəqil mövqeyindən imtina etməlidir”

18 Sentyabr 2026 / 8:39
95
Kanadanın Baş naziri Karnidən Aİ-yə birgə üzvlük təklifinə dəstək

Kanadanın Baş naziri Karnidən Aİ-yə birgə üzvlük təklifinə dəstək

18 Sentyabr 2026 / 8:30
2
Şimali Koreyanın nüvə sınaqları qırılma xətlərinin yaranmasına səbəb ola bilər

Şimali Koreyanın nüvə sınaqları qırılma xətlərinin yaranmasına səbəb ola bilər

18 Sentyabr 2026 / 8:25
17
Kral ailəsində Diana böhranı: Çarlz ölümünə sevindi

Kral ailəsində Diana böhranı: Çarlz ölümünə sevindi

18 Sentyabr 2026 / 8:01
13
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:Fransa uzun müddətdir bu ideyanı dəstəkləsə də, konsensusun əldə olunması asan deyil

18 Sentyabr 2026 / 7:54
60
BRİKS sammitində Putin ayaqda alqışlandı: təfərrüatlar

Sohu: Britaniya Putinin Qərb qoşunları ilə bağlı xəbərdarlığından sonra təşvişə düşüb

18 Sentyabr 2026 / 7:42
13
Almaniyada malyariyadan ölənlərin sayı 3-ə yüksəlib

Almaniyada malyariyadan ölənlərin sayı 3-ə yüksəlib

18 Sentyabr 2026 / 7:21
17
Səudiyyə Ərəbistanı: Abha və Xamis Muşait şəhərlərində erkən xəbərdarlıq sistemi işə salınıb

Səudiyyə Ərəbistanı: Abha və Xamis Muşait şəhərlərində erkən xəbərdarlıq sistemi işə salınıb

18 Sentyabr 2026 / 2:01
9
ABŞ-ın viza vermədiyi Fələstin nümayəndə heyəti video vasitəsilə BMT-yə müraciət edəcək

ABŞ-ın viza vermədiyi Fələstin nümayəndə heyəti video vasitəsilə BMT-yə müraciət edəcək

18 Sentyabr 2026 / 1:58
6
Tramp: Biz Polşada ABŞ bazasının yaradılmasında mühüm irəliləyiş əldə etdik

Tramp: Biz Polşada ABŞ bazasının yaradılmasında mühüm irəliləyiş əldə etdik

18 Sentyabr 2026 / 1:53
11
ABŞ-ın Miçiqan ştatında F-16 döyüş təyyarəsi təlim zamanı qəzaya uğrayıb

ABŞ-ın Miçiqan ştatında F-16 döyüş təyyarəsi təlim zamanı qəzaya uğrayıb

18 Sentyabr 2026 / 1:49
2
Pakistan: Biz ABŞ və İranın danışıqlar masasına qayıtmasında israr edirik

ABŞ müharibəyə baxmayaraq İranın yüksək rütbəli hökumət rəsmilərinə BMT Baş Assambleyası üçün viza verir

18 Sentyabr 2026 / 1:45
11
NBC: ABŞ təxminən 25 min əsgərini Avropadan çıxarmağı düşünür-təfərrüatlar

NBC: ABŞ təxminən 25 min əsgərini Avropadan çıxarmağı düşünür-təfərrüatlar

18 Sentyabr 2026 / 1:40
11
Mendel:”Zelenski dayandırmaq istəmədiyi münaqişədə hamını günahlandıri”

Mendel: Ukrayna ölür, ancaq sülhü seçdikdən sonra özünə gələ biləcək

18 Sentyabr 2026 / 1:32
12
Lukaşenko: Rusiya olmasaydı, Belarus Ukrayna ssenarisindən əziyyət çəkə bilərdi

Lukaşenko: Rusiya olmasaydı, Belarus Ukrayna ssenarisindən əziyyət çəkə bilərdi

18 Sentyabr 2026 / 1:14
29
Zaxarova Latviyanın Oveçkinə qarşı sanksiyaları barədə ironik danışıb

Zaxarova Latviyanın Oveçkinə qarşı sanksiyaları barədə ironik danışıb

18 Sentyabr 2026 / 1:10
18
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.