Dünya

Suriya Xalq Məclisində yerlərin sayı 210-a çatdırılacaq

28 İyul 2025, 09:5828
Reklam728x90
Reklam320x100

Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra 14 əyalətin nümayəndələrinin daxil olacağı Xalq Məclisində yerlərin sayının 150-dən 210-a çatdırılacağı açıqlanıb.

” Xalq  Məclisindəki yerlərin sayı  150-dən 210-a qaldırılacaq. Yeni tənzimləmə ilə vilayətlərin məclisdə təmsil olunma nisbəti 2011-ci il siyahıyaalınmasına görə yenidən müəyyən ediləcək. Bundan başqa, bu üzvlərin 70-i prezident tərəfindən təyin ediləcək”, – deyə Xalq Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd Əhməd bildirib. Seçkilər,   Suriyanın rəsmi xəbər agentliyi SANA-ya bildirib .

Seçki təqvimi  ilə bağlı məlumat verən  El Əhməd, müvəqqəti seçki  sistemi fərmanının imzalanmasından sonra bir həftə ərzində alt komitələrin müəyyən ediləcəyini və bu komitələrin 15 gün ərzində seçki heyətini seçəcəyini bildirib.

El Əhməd namizədlik prosesinin komitələr müəyyən edildikdən sonra başlayacağını, seçkilərin 15-20 sentyabr tarixləri arasında keçirilməsinin planlaşdırıldığını, qadınların seçki orqanlarında iştirak nisbətinin ən az 20 faiz olması üçün səylərin göstərildiyini bildirib.

Seçki prosesinin Yüksək Seçki Komissiyasının nəzarəti və koordinasiyası ilə həyata keçiriləcəyini bildirən El Əhməd, “Beynəlxalq müşahidəçilər tərəfindən izləniləcək seçkilərdə namizəd siyahıları və nəticələrə etiraz etmək hüququ da təmin ediləcək” dedi.

Avropa.info

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600