Dünya

SIPRI: Nüvə gücləri öz arsenallarını artırdıqca nüvə silahı təhlükəsinin yeni dövrü başlayır

16 İyun 2025, 13:0238
Reklam728x90
Reklam320x100

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) silahlara nəzarət razılaşmalarının ciddi şəkildə zəiflədiyi bir vaxtda dünyanın nüvə silahı dövlətlərinin nüvə arsenallarını yeniləməsi ilə yeni təhdid dövrünün başladığını açıqlayıb.

Avropa.info xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun silahlanma, tərksilah və beynəlxalq təhlükəsizlik üzrə 2025-ci il üçün hesabatı dərc olunub.

Buna uyğun olaraq,  dünya nüvə silahlarının təxminən yüzdə 90-ını təşkil edən ABŞ  və  Rusiya başda olmaqla nüvə silahı ölkələri  , keçən il mövcud nüvə silahlarını təkmilləşdirmiş və yeni versiyalarını əlavə etmişlər.

SIPRI-nin hesabatında qeyd olunub ki, qlobal gərginlik doqquz nüvə dövlətinin – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan,  Şimali Koreya  və İsrailin ötən il mövcud silahlarını təkmilləşdirməsi və yeni versiyalar əlavə etməsi ilə daha da kəskinləşib.

Nüvə silahına sahib olan demək olar ki, bütün ölkələrin ötən il hələ də intensiv modernləşdirmə proqramları həyata keçirdiyi, mövcud silahları təkmilləşdirdiyi və yeni versiyalar əlavə etdiyi bildirilən hesabatda nüvə gücləri arasında yeni silahlanma yarışının başlaya biləcəyi xəbərdarlığı edilib.

SIPRI-nin hesabatında həmçinin bildirilib ki, silahlara nəzarət razılaşmalarının ciddi şəkildə zəiflədiyi bu dövrdə dünyanın nüvə silahına malik dövlətləri öz nüvə arsenallarını yenilədikcə yeni təhlükə dövrü başlayıb.

Operativ nüvə silahlarının sayı artıb

Hesabata görə, bütün dünyada operativ nüvə silahlarının sayı artıb.

2025-ci ilin yanvar ayında 12 241 döyüş başlığının ümumi qlobal inventarından   təxminən 9 614-ü potensial istifadə üçün hərbi anbarlarda saxlanılıb. 2024-cü ilin yanvar ayında potensial istifadə üçün hərbi anbarlarda saxlanılan nüvə silahlarının sayı 9585 olaraq qeydə alınıb.

Potensial istifadə üçün hərbi anbarlardakı 9614 silahdan 3912-si raket və təyyarələrdə yerləşdirilib. Demək olar ki, hamısı ABŞ və Rusiyaya məxsus olan 2100-ə yaxın nüvə silahı və  ballistik raket  yüksək əməliyyat hazırlığında saxlanılıb.

Operativ nüvə silahlarının sayı artdığı halda, nüvə silahlarının ümumi sayı azalıb. Bu azalma nüvə silahlarının 90 faizinə sahib olan ABŞ və Rusiyanın köhnə döyüş başlıqlarını atması ilə bağlıdır.

SIPRI-nin hesabatında deyilir: “Bu tendensiya (azalma) yaxın illərdə geri dönəcək, çünki sökülmə sürəti (istifadə edilmiş döyüş başlıqlarının) yavaşlayır, eyni zamanda yeni nüvə silahlarının yerləşdirilməsi sürətlənir”.

Çinin nüvə silahları 500-dən 600-ə qədər artır

2025-ci il hesabatına görə, Çində 2024-cü ilin yanvarında 500 olacağı düşünülən nüvə başlıqlarının sayı, 2025-ci ilin yanvarında 600-ə yüksəldi.

ABŞ-da nüvə başlıqlarının ümumi sayı 5328-dən 5177-yə, Rusiyada 5580-dən 5459-a, Çində 500-dən 600-ə, Hindistanda isə 172-dən 180-ə enib.

Nüvə döyüş başlıqlarının sayı dəyişməz qalıb, Pakistanda 170, Şimali Koreyada 50, İngiltərədə 225, Fransada 290 və İsraildə 90 olub. Hesabatda məlumatların təxminən paylaşıldığı qeyd edilib.

SIPRI-nin Kütləvi Qırğın Silahları üzrə Baş Tədqiqatçısı öz qiymətləndirməsində bildirib ki, hərbi infrastruktura hücumlar və nüvə silahları haqqında üçüncü tərəflərin dezinformasiyasının birləşməsi adi münaqişənin nüvə böhranına çevrilməsi təhlükəsi yaradır. “Bu, nüvə silahına olan etibarını artırmaq istəyən dövlətlər üçün ciddi xəbərdarlıq olmalıdır”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600