16 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış-Vüqar Dadaşov yazir

İyul 15, 2026
Siyasət
A A
Şuşada keçirilən IV Qlobal Media Forumu nəticə etibarilə təkcə media tədbiri deyil, mühüm siyasi mesajların verilməsi ilə yanaşı, geosiyasi axarın istiqamətini göstərən beynəlxalq platforma oldu. Xüsusən də Prezident İlham Əliyevin çıxışı göstərdi ki, daha çox regionun gələcəyinə dair siyasi və strateji məsələlər ön plana çıxarılır.
Tədbirin böyük ölçüdə mahiyyəti Rusiya-Ukrayna müharibəsi, onun Cənubi Qafqazla bağlı siyasətinin mümkün nəticələri və bir növ yol xəritəsi üzrə koordinatları müəyyən edir. Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, Zəngəzur dəhlizi (TRIPP) ətrafında gedən proseslər, Ermənistanın Moskvanın təsirindən uzaqlaşması ilə bağlı proseslər və Ukraynadakı müharibənin perspektivləri açıq müzakirə mövzusu idi.
Digər tərəfdən, Azərbaycanın Rusiyada prinsipial mövqeyini, həqiqətlərini təbliğ edən Yuri Qusman, Sergey Markov, Korotçenko və digər ictimai-siyasi xadimlərə göstərilən təzyiqlərə, işdən uzaqlaşdırılmalarına Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin onları açıq şəkildə müdafiə etməsi Azərbaycanın milli və dövlət maraqlarını müdafiə edən şəxslərin dövlət tərəfindən himayə olunduğunu göstərən mühüm siyasi mesaj olmaqla yanaşı, bu mövqedə olan hər kəs üçün etibarlı təminat kimi də qiymətləndirilə bilər.
Rusiya-Ukrayna müharibəsinin uzanması Rusiyanın hərbi, siyasi və iqtisadi imkanlarını zəiflədir, onun regional təsirini məhdudlaşdırır. Belə şəraitdə Şuşada keçirilən forum Azərbaycanın Cənubi Qafqazda əsas siyasi aktoru kimi regionun gələcəyini müəyyən edir.
Rus mənbələrinə görə, bir müddət əvvəl Şuşada keçirilən digər tədbirdə Rusiyanın tərkibində türk xalqlarının milli kimliyi və hüquqları müzakirə mövzusu olub. Əgər belə məlumatlar həqiqətdirsə, Moskvanın uzun illər apardığı siyasətə “simmetrik siyasi cavab”, həm də “separatizm” təhlükəsinin mümkünlüyünə xəbərdarlıqdır.
Türkiyə ilə NATO arasında münasibətlərin normallaşması, F-35 proqramına qaytarılması, Türkiyənin isə Rusiyadan aldığı S400 satış planına Rusiyanın münasibəti və regionda dəyişən təhlükəsizlik mühiti də Rusiyanın qlobal təsir imkanlarını ciddi zəiflədir.
Şuşada keçirilən Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə verdiyi açıq dəstəyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov reaksiya verərək, Ukraynaya göstərilən dəstəyi yanlış hesab etdiklərini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun üzvləri olan Rusiya, ABŞ və Fransanın Azərbaycanın işğal altında olan torpaqlarının, Qarabağın və ətraf rayonlarının Ermənistana verilməsi istiqamətində Azərbaycanı məcbur etmək cəhdləri, müxtəlif variantlarla Azərbaycanın nəinki Qarabağın, digər ərazilərinin də Ermənistana verilməsi şərti ilə barışığa sövq olunması, ardınca isə 44 günlük Vətən müharibəsi zamanı dərhal müharibənin dayandırılması tələbi ilə bağlı açıqlamaları sözün əsl mənasında Azərbaycana qarşı Rusiya, ABŞ və Fransanın tutduğu mövqenin ifşası olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə tarixi faktın fiksasiyasıdır.
İlkin nəticələrinə görə, IV Şuşa Qlobal Media Forumu media mövzusunu aşaraq, Cənubi Qafqazın gələcəyinə dair strateji xəttin, yeni geosiyasi reallıqların əsas oyunçusu kimi Azərbaycanın yerini və mövqeyini gücləndirir. Xarici qüvvələrə, xüsusən də ABŞ, Fransa və Rusiyaya Cənubi Qafqaz mövzusunun Azərbaycanın iradəsindən kənar müzakirəsinin belə mümkünsüzlüyünü ortaya fakt və siyasi reallıq olaraq qəbul etdirir.
Vüqar Dadaşov Milli Cəbhə Partiyasınin Başqan Müavini, Siyasi Şərhci
Əvvəlki Yazı

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

Növbəti Yazı

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

XƏBƏR LENTİ

Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

15 İyul 2026 / 20:29
11
Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

15 İyul 2026 / 20:07
5
Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

Sabahdan hava kəskinləşir-Bakı və rayonlar üçün xəbərdarlıq

15 İyul 2026 / 17:02
3
Ağstafada 21 yaşlı gənc ürəyindən bıçaqlandı

Gəncə şəhərində 20 yaşlı oğlan bıçaqlanıb

15 İyul 2026 / 16:55
2
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

15 İyul 2026 / 16:23
1
Prezident İlham Əliyev qanun imzaladi

Prezident İlham Əliyev 1 sərəncam, 4 fərman imzaladı

15 İyul 2026 / 16:16
11
Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

Lamin Yamalın villasina basqın etmək istədilər – Mühafizəçilər qarşısını aldilar

15 İyul 2026 / 16:12
1
“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

“Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib-Fotolar

15 İyul 2026 / 13:50
35
Yeni 100 manatlıq tədavülə buraxılır

Yeni 100 manatlıq tədavülə buraxılır

15 İyul 2026 / 13:24
1
Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

Ümumdünya Gömrük Təşkilatının baş katibi Abşeron Logistika Mərkəzini ziyarət edib

15 İyul 2026 / 12:24
7
Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

Ursula Fon der Lyayen növbəti dəfə Kiyevə səfər edib-Foto

15 İyul 2026 / 12:20
1
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Rusiya kontekstindən IV Şuşa Qlobal Media Forumuna baxış-Vüqar Dadaşov yazir

15 İyul 2026 / 11:45
114
Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub – Foto

15 İyul 2026 / 11:38
5
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

15 İyul 2026 / 11:27
9
DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

DİN:Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

15 İyul 2026 / 10:22
1
Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

Bakıda yanacaq daşıyan avtomobildə yanğın baş verib-Video

15 İyul 2026 / 9:46
5
Argentina-Misir oyununda hakim ədalətsizlikləri – Video

İspaniyanin rəqibi bu gün bəlli olacaq

15 İyul 2026 / 9:30
2
Ceyms Cey Karafano:”Putin Ukraynada qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməyib”

Leon Aron:”Putin bu vəziyyətdən çıxış yolu kimi NATO ölkələrindən birinə hücum edə bilər”

15 İyul 2026 / 9:21
1
Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib

15 İyul 2026 / 9:07
6
Didye Deşam dünya çempionatı tarixində yeni rekorda imza atıb

Didye Deşam dünya çempionatı tarixində yeni rekorda imza atıb

15 İyul 2026 / 8:56
1
İran ABŞ-nin bir neçə hərbi bazalarını hədəfə aldığını bildirdi

İran rəsmisi İslamabad sazişinin qüvvədən düşdüyünü açıqlayıb

15 İyul 2026 / 8:49
1
Armando Mema:”Avropa gərginliyi azaltmaq əvəzinə, görünməmiş səviyyəyə qaldırır”

Armando Mema:”Avropa gərginliyi azaltmaq əvəzinə, görünməmiş səviyyəyə qaldırır”

15 İyul 2026 / 8:13
1
ABŞ- İranin mineral su zavoduna zərbə endirib

ABŞ- İranin mineral su zavoduna zərbə endirib

15 İyul 2026 / 8:01
1
ABŞ Hörmüz boğazı və İranın sahilyanı ərazilərində yerləşən onlarla obyektə zərbələr endirilib

ABŞ Hörmüz boğazı və İranın sahilyanı ərazilərində yerləşən onlarla obyektə zərbələr endirilib

15 İyul 2026 / 7:53
1
Cəmiyyətin nəbzini yoxlamaq TƏŞƏBBÜSÜ, yoxsa məqsədli narazılıq yaratmaq İSTƏYİ… — Rəsul Mirhəşimli yazır

Sosial şəbəkələrin göstərmədiyi Kərbəla həqiqətləri – Rəsul Mirhəşimli YAZIR

15 İyul 2026 / 1:44
3
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan

Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan

14 İyul 2026 / 18:33
5
Dövlət ittihamçısı “Beniz” ləqəbli tiktokerə 11 il cəza istədi

Dövlət ittihamçısı “Beniz” ləqəbli tiktokerə 11 il cəza istədi

14 İyul 2026 / 13:12
4
Ehtiram Mehtiyev: Şuşadan verilən mesajlar Azərbaycanın regional liderliyini bir daha təsdiqlədi

Ehtiram Mehtiyev: Şuşadan verilən mesajlar Azərbaycanın regional liderliyini bir daha təsdiqlədi

14 İyul 2026 / 10:36
121
Hikmət Hacıyev:”Bəzi instututlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər”

Hikmət Hacıyev:”Bəzi instututlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər”

14 İyul 2026 / 10:11
1
Ukrayna  Başqırdıstanda neft emalı zavodunu vurdu – VİDEO

Ukrayna  Başqırdıstanda neft emalı zavodunu vurdu – VİDEO

14 İyul 2026 / 10:06
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.