Bryansk, Belqorod, Kaluqa, Kursk, Ryazan, Tula vilayətləri və Rusiya Federasiyasının digər əraziləri üzərində səmada PUA-lar tutuldu.
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiyanın on rayonu üzərində 53 Ukrayna pilotsuz təyyarəsini vurub.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri düşmənin 53 təyyarə tipli dronunu məhv edib. Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Bryansk, Belqorod, Kaluqa, Kursk, Ryazan və Tula vilayətləri, həmçinin Moskva vilayəti, Krasnodar diyarı, Krım və Qara dəniz üzərində tutularaq məhv edilib. Bu barədə sentyabrın 5-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əvvəl sentyabrın 5-nə keçən gecə Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin maraqlarına cəlb olunmuş Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərindəki hədəflərə qrup şəklində zərbə endiriblər. Dnepropetrovsk vilayətində “Kametstal” metallurgiya zavodları və Dnepr metallurgiya zavodu, Nikolayev vilayətində logistika mərkəzi və elektrik yarımstansiyası, Odessa vilayətində isə logistika mərkəzi və quru yük gəmisi məhv edilib.






























