Dünya

Rusiya daha iki şəhəri ələ keçirdi

13 Yanvar 2025, 09:4211
Reklam728x90
Reklam320x100

Rusiya qoşunları son sutka ərzində Ukraynanın Donetsk vilayətinin 8 yaşayış məntəqəsində, xüsusən də Toretsk və Çasiv Yar şəhərləri ərazilərində irəliləyib.

Avropa.info xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Söhbət Çasiv Yar və Toretsklə yanaşı, Yantarnı, Novovasilivka, Yelizavetivka, Zeleni, Zvirovoy və Kotlını şaşayış məntəqələrindən gedir.

Nəşrin yazdığına görə, Çasiv Yar və Toretsk ruslar tərəfindən demək olar ki, tamamilə ələ keçirilib.

“Bu şəhərlər ya işğalçıların nəzarəti altındadır, ya da boz zonadadırlar”, – məlumatda deyilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600