Dünya

İsrailin Qəzzaya qanlı hücumu nəticəsində eyni ailədən 4 fələstinli həyatını itirib

25 Noyabr 2026, 11:48107
Reklam728x90
Reklam320x100

 

İsrail ordusunun Qəzza zolağında bir evə təşkil etdiyi hücumda atəşkəsə baxmayaraq, eyni ailədən 4 fələstinli həyatını itirib, digər ailə üzvləri də yaralanıb.

Avropa.info xəbər verir ki, Şifa Xəstəxanası səlahiyyətliləri hücumda həyatını itirən ana, ata və iki qızının cəsədlərinin və yaralıların xəstəxanaya gətirildiyini bildirib.

Yerli qaynaqlar həmçinin İsrail helikopterinin Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsindəki bir evi ən azı bir raketlə hədəfə aldığını və hücumda eyni ailədən ana, ata və iki qızının öldüyünü, ailənin digər üzvlərinin də yaralandığını bildirib.

İsrail ordusu Qəzza zolağında 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq hücumlarını davam etdirir.

Qəzza zolağında Səhiyyə Nazirliyinin son açıqlamasına görə, atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 1679 fələstinli həyatını itirib, 6100 nəfər isə yaralanıb. İsrailin 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumi can itkisi 74 min 746, yaralıların sayı isə 176 min 234-ə çatıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600