İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində “icazəsiz marşrutdan” istifadə edən iki neft tankerinin dəniz minasına çırpılaraq alov aldığını açıqlayıb.
Avropa.info xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu Donanması səhər saatlarında Hörmüz boğazında seyr edən iki neft tankerinin dəniz minasına düşdüyünü açıqlayıb.
Tankerlər İranın “saxta və icazəsiz” hesab etdiyi marşrutla üzərkən dəniz minalarına düşərək baş verən partlayış nəticəsində alovlanıb.
Açıqlamada naviqasiya və izləmə sistemləri sıradan çıxarılan gəmilərin ekipajlarına xəbərdarlıq edilərək, ABŞ-ın “yalanlarına” inanmamağa, gəmilərinin dəniz minalarının yerləşdiyi ərazilərə sürüklənməsinə imkan verməməyə çağırılıb.




