İranın Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi bildirib ki, ABŞ müharibə zamanı zədələnmiş və əməliyyat baxımından sıradan çıxmış hərbi bazalarının bir qismini daha ucqar yerlərə köçürməyə və həmin bölgələrdə yerləşdirməyə çalışır.
Avropa.info xəbər verir ki, Yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, Abdullahi Bəsic Qüvvələrinin lideri Hüseyn Taib ilə görüşündə ABŞ ordusunun bölgədəki hərbi fəaliyyətləri ilə bağlı qiymətləndirmələr edib.
Bölgədəki bəzi ABŞ bazalarının müharibə əsnasında böyük ziyan gördüyünü ifadə edən Abdullahi, ABŞ-ın zədələnmiş və fəaliyyət göstərə bilməyən bazalarını daha uzaq yerlərə köçürərək orada yerləşdirməyə çalışdığını bildirib.
Abdullahi ABŞ hərbi bazalarının yerinin dəyişdirilməsinin İranın təhdidlərə münasibətinə təsir etməyəcəyini vurğulayaraq, bazaların köçürüləcəyi hər nöqtənin İran Silahlı Qüvvələrinin əhatə dairəsində olacağını iddia edib.




