Manşet

Milli Cəbhə Partiyası başda Kəlbəcərlilər olmaqla bütün Azərbaycan xalqını təbrik etdi

25 Noyabr 2026, 11:43413
Reklam728x90
Reklam320x100

Bu gün xalqımızın şanlı zəfər tarixinin mühüm səhifələrindən biri – 25 Noyabr Kəlbəcər Şəhəri Günüdür. Milli Cəbhə Partiyası adından başda kəlbəcərlilər olmaqla bütün Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Uzun illik həsrətdən sonra qəhrəman Azərbaycan Ordusunun şücaəti, xalqımızın sarsılmaz birliyi və güclü dövlətçilik iradəsi sayəsində Kəlbəcər doğma Azərbaycana qovuşdu. Bu böyük Qələbə şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı bahasına qazanılmış milli qürurumuzdur.

Bu gün dövlətimizin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri nəticəsində Kəlbəcər yenidən dirçəlir, doğma yurd yerlərimiz öz əsl sahiblərinə qayıdır. Əminik ki, Kəlbəcər tezliklə ölkəmizin ən abad və çiçəklənən guşələrindən birinə çevriləcəkdir.

Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.

Kəlbəcər Şəhəri Gününüz mübarək

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600