“Milli Məclis danışmaqxanadır”.
Avropa.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Səyyad Aran parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı danışıb.
Parlamentin spikeri Sahibə Qafarova onun sözlərinə münasibət bildirib:
“Bura Milli Məclisdir, danışmaqxana adlandırmaq olmaz. Xahiş edirik parlament etikası və leksikasından düzgün istifadə edin”.




