23 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Razi Nurullayev:”Şimal-Cənub» beynəlxalq dəhlizi tam gücü ilə işləməyə başlayacaq”

Avqust 6, 2026
Siyasət
A A

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev «Bakinski raboçi» qəzetinə müsahibəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın İran parlamenti tərəfindən ratifikasiya olunma perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Avropa.info müsahibənin Azərbaycan dilinə tərcüməsini təqdim edir:

– Tehran ratifikasiya prosesini nə üçün bu qədər yubatdı?

– İran tərəfindən səkkizillik yubanma sıradan bir bürokrasiya deyil; bu, sahil xəttinin həndəsəsi, daxili siyasət və həddindən artıq yüksək tarixi gözləntilərdən ibarət mürəkkəb bir düyünün nəticəsidir. Tehranın əsas probleminin sırf coğrafi olduğunu deyərdim. İranın Xəzərdəki sahil xətti düz, qövsvarı bükülmüş formadadır; burada dərin körfəzlər və adalar yoxdur. Dəniz standart beynəlxalq təcrübəyə – яyani orta xətt prinsipinə əsasən bölündükdə, İranın payına bütün akvatoriyanın cəmi 11-13%-i düşür, bu isə ən kiçik sektordur.

Eyni zamanda, uzun müddət İranın öz daxilində tarixi bir mif yaşayırdı. Cəmiyyətdə və mühafizəkar siyasətçilər arasında onilliklər ərzində 1921 və 1940-cı illərin Sovet-İran müqavilələrinə istinad edilir, Xəzərin «iki ölkənin ortaq dənizi» olduğu və İrana yarıya qədər, yaxud ən azı 20% pay düşdüyü ideyası irəli sürülürdü. 2018-ci il sənədinin ratifikasiyasına razılıq vermək İran hakimiyyəti üçün öz müxalifətinin sərt tənqidlərinə tuş gəlmək və «milli maraqları güzəştə getmək» ittihamları ilə üzləşmək demək idi. Məhz buna görə Tehran şüurlu şəkildə vaxt qazanırdı. Çıxış xətlərinin müəyyənləşdirilməsi metodikası məsələsi müstəqil danışıqlar üçün Konvensiyanın əsas mətnindən kənara çıxarıldı və İran diplomatiyası daxili ictimai rəyi qaçılmaz güzəştə hazırlamaqla yanaşı, özü üçün maksimum əlverişli şərtlər qoparmağa çalışdı.

– Bu yaxınlarda – 2026-cı il iyulun 22-də Konvensiya İranın Nazirlər Kabineti tərəfindən təsdiqlənərək parlamentə təqdim olundu. Bu sənəd nəhayət İran parlamenti tərəfindən ratifikasiya ediləcəkmi?

– Bəli, bu sənəd ratifikasiya olunacaq. Konvensiyanın 2026-cı il iyulun 22-də Məclisə təqdim edilməsi formal addım deyil, İran rəhbərliyinin yekun siyasi qərar qəbul etdiyinin göstəricisidir. Tehranda xalis praqmatizm üstün gəldi və bunun üçün iki həlledici arqument var.

Birinci və ən mühüm arqument təhlükəsizlikdir. Konvensiyada İran üçün həyati əhəmiyyət kəsb edən əsas prinsip təsbit olunub: Xəzər dənizində «Xəzəryanı beşliyə» daxil olmayan üçüncü ölkələrin hərbi bazaları və orduları mövcud ola bilməz. Yaxın Şərqdəki indiki son derece gərgin şəraitdə bu, Tehran üçün şimal sərhədinin sabit qalacağına və kənar müdaxilələrdən qorunacağına zəmanətdir.

İkinci arqument iqtisadiyyatdır. İran artıq irimiqyaslı infrastrukturu layihələrindən kənarda qalmağı özünə rəva görə bilməz. Ratifikasiya olunmuş Konvensiya olmadan «Şimal-Cənub» nəqliyyat dəhlizini tam gücü ilə inkişaf etdirmək və şimal limanlarına investisiyalar cəlb etmək mümkün deyil. Akvatoriyadan əlavə bir faiz qoparmaq cəhdi İrana potensial mənfəətdən daha çox zərər vurmağa başlamışdı. Əlbəttə, İran parlamentində mübahisələr və alovlu vətənpərvərlik çıxışları olacaq. Lakin əsas qurumlar və İranın Ali Milli Təhlükəsizlik Şurası yaşıl işıq yandırıb. Sənəd ratifikasiya ediləcək, çünki prosesi daha da uzatmağa yer qalmayıb.

– Konvensiyanın qüvvəyə minməsindən sonra Xəzəryanı dövlətlər üçün hansı perspektivlər açılır?

– Sənədin qüvvəyə minməsi regiona 30 ildən çoxdur çatışmayan aydın və şəffaf oyun qaydalarını qazandırır. Xəzər qeyri-müəyyənlik zonasından yekun olaraq qüdrətli iqtisadi və logistik hala çevrilir. İlk növbədə, «Şimal-Cənub» beynəlxalq dəhlizi tam gücü ilə işləməyə başlayacaq. Azərbaycan və qonşularımız üçün bu, tranzit gəlirlərinin birbaşa artması, dəmir yolları və liman infrastrukturunun maksimum yük alması deməkdir ki, bu da Xəzəri Asiya ilə Avropa arasında həlledici körpüyə çevirir.

Paralel olaraq, əvvəllər beynəlxalq investorları çəkindirən hüquqi risklər aradan qalxacaq. Sualtı boru kəmərlərinin çəkilməsi və əvvəllər mübahisəli olan şelf yataqlarının təhlükəsiz işlənməsi üçün aydın hüquqi mexanizm yaranacaq. Dənizin özünün xilası üçün real alətin əldə olunması da az əhəmiyyət kəsb etmir. Bu gün Xəzər ciddi şəkildə dayazlaşır və onun ekosistemi təhlükə altındadır. Qüvvədə olan müqavilə olmadan beş ölkənin akvatoriyanı birgə qorumaq üçün vahid mexanizmi yox idi, indi isə ekoloji proqramların koordinasiyası və balıq ehtiyatlarının qorunması üçün hüquqi baza yaranır. Nəhayət, bundan sonra Xəzərlə bağlı bütün məsələləri kənar müdaxilə olmadan yalnız beş sahilyanı dövlət həll edəcək ki, bu da regionumuzun hər bir ölkəsinin təhlükəsizliyini və suverenliyini əhəmiyyətli dərəcədə möhkəmləndirir.

Əvvəlki Yazı

İsrailin Qəzzaya hücumlarına Türkiyə və 7 ölkədən birgə reaksiya

Növbəti Yazı

Rusiydan Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı

XƏBƏR LENTİ

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi yeni layihənin icrasına başlayır

Qırmızı Bazarda mina təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilib

23 Sentyabr 2026 / 19:51
4
“Təmiz Dünya”nın qadın və uşaqlara dəstək layihəsinin nəticələri açıqlandı – FOTOLAR

“Təmiz Dünya”nın qadın və uşaqlara dəstək layihəsinin nəticələri açıqlandı – FOTOLAR

23 Sentyabr 2026 / 19:45
1
Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

23 Sentyabr 2026 / 19:12
18
Səudiyyə Ərəbistanı: Abha və Xamis Muşait şəhərlərində erkən xəbərdarlıq sistemi işə salınıb

İran: Hörmüz boğazı açılmazdan əvvəl çatdırdığımız 7 şərt həyata keçirilməlidir

23 Sentyabr 2026 / 19:05
13
İsrailin Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

İsrailin Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

23 Sentyabr 2026 / 16:32
6
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

23 Sentyabr 2026 / 16:22
40
“İsveçrə COP31W sərgisində Türkiyə ilə “uzunmüddətli” tərəfdaşlığa hazırlaşır

“İsveçrə COP31W sərgisində Türkiyə ilə “uzunmüddətli” tərəfdaşlığa hazırlaşır

23 Sentyabr 2026 / 12:45
0
Makron Hörmüz boğazı böhranı ilə bağlı Trampı tənqid etməkdən çəkindi

Makron Hörmüz boğazı böhranı ilə bağlı Trampı tənqid etməkdən çəkindi

23 Sentyabr 2026 / 12:33
6
Makron uşaqları qorumaq üçün süni intellekt modellərini araşdırmağa çağırır n

Makron uşaqları qorumaq üçün süni intellekt modellərini araşdırmağa çağırır n

23 Sentyabr 2026 / 11:58
0
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

ABŞ Ədliyyə Nazirliyi media orqanlarının Ağ Evə girişinin məhdudlaşdırıla biləcəyini iddia edir

23 Sentyabr 2026 / 10:22
21
Belçikada dizelin litr qiyməti rekord qırıb

Belçikada dizelin litr qiyməti rekord qırıb

23 Sentyabr 2026 / 9:48
5
Gürcüstanda azərbaycanlı iş adamı avtoqəza həyatını itirdi

Gürcüstanda azərbaycanlı iş adamı avtoqəza həyatını itirdi

23 Sentyabr 2026 / 9:24
20
Witkoff: Nyu-Yorkda İranla məsləhətləşmələr uğurlu alındi

Witkoff: Nyu-Yorkda İranla məsləhətləşmələr uğurlu alındi

23 Sentyabr 2026 / 9:18
5
Zelenskinin AK rəhbəri ilə görüşü uğursuz oldu: Von der Leyen şərtlər qoydu

Zelenskinin AK rəhbəri ilə görüşü uğursuz oldu: Von der Leyen şərtlər qoydu

23 Sentyabr 2026 / 9:08
4
Lavrov: Əgər avropalılar bizə hücum etsə, bu müharibə fərqli olacaq və çox qısa sürəcək

Sergey Lavrov BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib

23 Sentyabr 2026 / 8:50
11
Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb

Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb

23 Sentyabr 2026 / 8:43
13
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 / 8:40
2
47 ildə dünyanın ən böyük buz təbəqələrindən 12 trilyon ton buz əridi

47 ildə dünyanın ən böyük buz təbəqələrindən 12 trilyon ton buz əridi

23 Sentyabr 2026 / 8:36
11
Kanada Fələstinə 100 milyon Kanada dolları dəyərində yardım edəcək

Kanada Fələstinə 100 milyon Kanada dolları dəyərində yardım edəcək

23 Sentyabr 2026 / 8:29
9
Netanyahunun qorxulu ABŞ səfəri başlayır

Netanyahunun qorxulu ABŞ səfəri başlayır

23 Sentyabr 2026 / 8:23
6
Minlərlə FTB agentinin şəxsi məlumatları oğurlanıb

Minlərlə FTB agentinin şəxsi məlumatları oğurlanıb

23 Sentyabr 2026 / 8:13
6
ABŞ və Meksikada qırmızı həyəcan: Polo qasırğası 5-ci kateqoriyaya yüksəldi

ABŞ və Meksikada qırmızı həyəcan: Polo qasırğası 5-ci kateqoriyaya yüksəldi

23 Sentyabr 2026 / 7:59
11
 1 dollarlıq sikkə üzərində Trampın portreti ABŞ-ın 250 illik yubileyi münasibətilə çap edilib

ABŞ prezidenti Donald Tramp süni intellektin adını dəyişib

23 Sentyabr 2026 / 7:54
18
Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

Tramp ABŞ rəsmilərinin İran nümayəndə heyəti ilə görüşdüyünü açıqlayıb

22 Sentyabr 2026 / 23:32
6
Litvanın baş naziri bəyan edib ki, Rusiya onun ölkəsinə hücum edərsə, cavab verəcəklər

Litvanın baş naziri bəyan edib ki, Rusiya onun ölkəsinə hücum edərsə, cavab verəcəklər

22 Sentyabr 2026 / 16:58
11
 İsrailin Qəzzada həyata keçirdiyi hücumda biri uşaq olmaqla 2 nəfər həyatını itirib

BMT: Yəməndə 130 mindən çox insan didərgin düşüb

22 Sentyabr 2026 / 16:46
20
Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

22 Sentyabr 2026 / 16:42
15
Bu Metro stansiyalarina giriş müvəqqəti pulsuz olacaq

Bu Metro stansiyalarina giriş müvəqqəti pulsuz olacaq

22 Sentyabr 2026 / 16:36
10
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyevdən forum iştirakçılarına – Müraciət

22 Sentyabr 2026 / 14:06
18
Atəşkəsə baxmayaraq, İsrailin hücumları davam edir

Atəşkəsə baxmayaraq, İsrailin hücumları davam edir

22 Sentyabr 2026 / 13:58
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.