Dünya

Quterreş Myanmanı Rohinca müsəlmanları üçün demokratiyaya çağırdı

15 Mart 2025, 05:1150
Reklam728x90
Reklam320x100

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres Myanmadakı münaqişədən qaçaraq Banqladeşə sığınan Rohinca müsəlmanları üçün “demokratiyaya yol açmalı və öz vətəndaşlarını qorumalıdır”

Avropa.info-nun məlumatına görə BMT-nin Baş katibi Antonio Quterreş  Banqladeş  Keçid Hökumətinin baş müşaviri Məhəmməd  Yunus və ölkənin cənubunda Rohinca müsəlmanlarının yaşadığı Koks Bazar bölgəsində 100 min qaçqınla iftar süfrəsi üçün  görüşüb .

Quterreş Myanmadakı humanitar böhranın daha çox Rohinca müsəlmanını yerindən qoparmasının qarşısını almaq üçün “demokratiyaya yol açmalı və vətəndaşlarının yanında olmalıdır” dedi: “Myanmadakı bütün tərəflərə mesajım aydındır; “Maksimum təmkinli davranın, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq mülki şəxslərin müdafiəsinə üstünlük verin və sosial gərginliyin və zorakılığın daha da qızışdırılmasının qarşısını almaqla demokratiyaya yol açın”.

Rohinca müsəlmanlarının öz evlərinə qayıtmaq istədiklərini qeyd edən Quterreş Myanmada vəziyyətin ağır olduğuna diqqət çəkib.

Quterreş qeyd edib ki, humanitar yardımın kəsilməsi səbəbindən bölgə “humanitar böhran astanasındadır”.

Digər tərəfdən, Rohinca müsəlmanlarının sığındıqları düşərgələrdə daha yaxşı həyat şəraiti tələb etdiklərini qeyd edən Quterreş, “ABŞ və bəzi digər ölkələr son zamanlar humanitar yardımda azalma etdi. Nəticədə  ərzaq  yardımı azaldı. Bu problemin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm” dedi.

Quterreş, həmçinin  ABŞ və bəzi Avropa ölkələrinin  humanitar yardımların kəsilməsini “cinayət” adlandırıb .

Rohinca müsəlmanlarına qarşı etnik təmizləmə

2012-ci ildə Myanmanın Arakan əyalətində buddistlərlə müsəlmanlar arasında qarşıdurma baş vermiş, əksəriyyəti müsəlman olmaqla minlərlə adam öldürülmüş, yüzlərlə ev və iş yeri yandırılmışdı.

2017-ci il avqustun 25-də Rakhine əyalətində sərhəd postlarına eyni vaxtda hücumları əsas gətirərək  , Myanma  hərbçiləri və Buddist millətçiləri kütləvi zorakılığa başladılar. BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan sonra Rakhine əyalətində zülm və təqiblərdən qaçaraq Banqladeşə sığınanların sayı 900 mini keçib.

Beynəlxalq insan haqları təşkilatları   yüzlərlə kəndin dağıdıldığını sübut edən peyk görüntülərini dərc etmişdilər.

BMT və beynəlxalq insan haqları qrupları Rohinca müsəlmanlarına qarşı zorakılığı “etnik təmizləmə” və ya “soyqırım” adlandırıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600