Hadisə

Qobustanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib -bir nəfər ölüb

10 Fevral 2025, 17:10117
Reklam728x90
Reklam320x100

Bu gün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır qəza olub.

Avropa.infoxəbər verir ki, 32 yaşlı Əli Mahmudovun sürdüyü “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, sürücünün avtomobildə olan 1971-ci il təvəllüdlü anası Mahmudova Ramidə hadisə yerində ölüb.

Sürücü və həyat yoldaşı isə xəsarətlərlə xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600